Əli İnsanov vacib görüşlər keçirir

608 17-04-2019, 14:19 cemiyyet

Əli İnsanov vacib görüşlər keçirirXatırladaq ki, Ə. İnsanov həbsdən çıxdıqdan sonra qısa açıqlama versə də, son bir ayda İnsanovla bağlı ölkə mətbuatına heç bir xəbərə rast gəlinməyib. Akademikə yaxın şəxslər GundemXeber.Az-a qeyd edirdilər ki, sabiq nazir son 14 ildə cəmiyyətdən təcrid olunduğu üçün yaxınları, doğmaları, tərəfdarları, ictimaiyyət nümayəndələri ilə görüşlər keçirəcək, habelə ölkə daxili və xaricdə gedən proseslərlə bağlı müzakirələr aparacaq. Bu təmaslardan sonra mətbuat konfransı keçirəcək.

Bu günlərdə, Əli İnsanova yaxın mənbələrin yeni məlumatlar əldə etmək mümkün olub.
Məlumata görə, Əli İnsanov artıq diplomatik korpusla bir sıra vacib görüşlər keçirib. ABŞ-ın, Böyük Britaniyanın Bakıdakı səfirliklərində, Avropa Birliyinin ölkəmizdəki nümayəndəliyində diplomatlarla görüşüb faydalı müzakirə aparıb.
Qeyd edilir ki, İnsanovun bu səpkili görüşləri davam edəcək və Azərbaycanın əsas xarici tərəfdaşları olan ölkələri əhatə edəcək.
Məlumata görə, bu müddət ərzində Əli İnsanovla cəmiyyətin müxtəlif ictimai qrupları arasında görüşlər olub. Onların sırasında fəaliyyətdə olan siyasətçilər, keçmiş dövlət məmurları, ölkə ziyalıları və vətəndaş cəmiyyətinin fəalları olub.
İnsanova yaxın çevrələrin bildirdiyinə görə, uzun müddətdə ölkənin tanınmış xəstəxanalarına rəhbərlik edən, 12 il səhiyyə naziri vəzifəsini daşıyan İnsanovu Azərbaycanın müxtəlif bölgələrindən gələn çoxlu sayda sadə insanlar da ziyarət edib.
Bundan başqa, Əli İnsanovun fəal xarici yazışmalar həyata keçirdiyi deyilir. Sabiq nazir həbsindən sonra çıxışlar edərək onu azadlığa çıxması üçün hakimiyyətə çağırışlar edən dünya siyasətçiləri ilə, nüfuzlu beynəlxalq təşkilatlarla, dünyanın tanınmış elm xadimləri ilə təmaslar qurduğu məlum olub./Gundemxeber.Az/

XƏBƏR LENTİ