"Tətbiq edilən zorakılığın başında nazir Sahil Babayev durur”- İçtimai fəal ƏƏSMN-də döyüldüyünü iddia edir

766 20-04-2019, 14:24 cemiyyet / gundem

"Tətbiq edilən zorakılığın başında nazir Sahil Babayev durur”- İçtimai fəal  ƏƏSMN-də  döyüldüyünü iddia edir

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə şıkayətə gedən ictimai fəal Cəmil Hacıyev nazirlikdə polis zorakılığı ilə qarşılaşıb.O , dünən polisdə olub məsələ ilə əlaqədar izahatı alınıb. İnsidentlə bağlı C.Hacıyevin özü Xeberdar.net-ə məlumat verib.

İctimai fəal deyib ki, 2017-ci ildən məşğulluq proqramına yazılıb. 2018-ci ildə kürs başlayanda Binəqədi rayon MKT-ın da zibil daşıyan fəhlə vəzifəsinə götürülüb. Nəzərdə tutub ki, maaşımdan da inzibatı qaydada edildiyi cərimələri ödəyəcək. Lakin Binəqədi ƏƏSTİ-indən bildirdilər ki, işdən azad olmasa kursda iştirakım qeyri-münkündür. Bu səbəbdən o, işdən çıxıb proqrama qatılıb və kursu bitirib. Aprel ayında imtahanı verərək, avadanlı verilməsini gözləyib. Onlardan sonra kurs keçən 4 qrupa iş qurması üçün avadanlıqlar verilsə də, ona veriməyib. Ona yalan vədlər verərək bir il süründürüblər.Şikayət etdikdə isə polislər tərəfindən döyülüb.
C. Hacıyev əlavə olaraq qeyd edir ki, son dəfə bu ilin aprel ayının 18-də saat 16-30 radələrində ƏƏSMN-in qəbul şöbəsinə gedib. Nazir müavinin qəbuluna yazılmaq istəyib. Bu zaman süründürməçiliklə qarşılaşıb.
“Məni orada Həsən Surxaylı qarşıladı. Məsələni ona bildirdim. Xeyli gözlətdikdən sonra dedi ki, nazir müavinin qəbuluna başqa adam yazır. Dediyi adama da yaxınlaşdım. O, da məni başqasına- Lüdmila adlı xanıma yönləndirdi. Amma, qəbulda gözlədiyim halda o kiminləsə də telefonda şəxsi söhbətlər edir, zarafatlaşa-zarafatlaşa gülürdü. Mən səbirlə ona baxırdım ki, bəlkə qəbulda gözlədiyimi başa düşə. Lakin o öz işində idi. Mənim qəbulda gözlədiyim vecinə də deyildi, hiss etdim ki, çox arxayındır. Yəqin Nazir Sahil Babayev tapşırıb ki, vətəndaşları qəbul etməyin.”—deyə C.Hacıyev bildirib.
İçtimai fəal deyib ki, nəhayət səbir kəsası dolub və Ludmila xanıma qəbulda gözlədiyini xatırladıb. Bundan sonra Ludmila xanım daha da aqressiv davranmağa başlayıb. Onu qəbula yazmayacağını bildirib və oraya polis çağırıb. Polislər isə Ludmila xanımın göstərişi əsasındaona fiziki təzyiq göstəriblər və döyə-döyə onu qapıdan sölə atıblar. Bundan sonra ictimai fəal polisin 102 qaynar xəttinə zəng edib.
“ Nəticədə üst başımı cırıq-cırıq etdilər. Bu azmış kimi əlavə polis qüvvəsi də çağırdılar. Mən DİN-nin 102 xidmətinə şikayət etsəmdə 102 xidməti mənim polisə qarşı olan şikayətlərimi qəbul etmədi. Ərazi üzrə Yasamal rayonu 27-ci polis bölməsinə şikayət etmişəm. Amma, ümüdüm yoxdur ki, nə vəzifə səlahiyyətlərini aşan Ludmila xanıma ,nə də mənə qarşı fiziki zor tətbiq edən polisə qarşı hər hansı iltizam tədbiri görsünlər.”- deyə Cəmil Hacıyev bildirib.

İctimai fəal əlavə olaraq bildirib ki, polis zorakılığı nəticəsində xəsarət alıb və bununla bağlı bütün aidiyyatı orqanlara və məhkəməyə müraciət edəcək.

Xeberdar.net olaraq yazıda adı keçən qurumun və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net


XƏBƏR LENTİ