Naməlum uçan obyektin göründüyünü hərbiçilər etiraf etdi - VİDEO

717 26-04-2019, 09:38 video

Naməlum uçan obyektin göründüyünü hərbiçilər etiraf etdi - VİDEO Xeberdar.net xarici mətbuata istinadən xəbər verir ki, Pentaqon bir naməlum uçan obyektin ( NUO) iki NATO hərbi təsisi üzərində göründüyünü etiraf edib.

Hadisə çoxdan baş verib, video və fotoşəkilləri aydın şəkildə qeydə alınıb. Məhz bu insident ona səbəb olub ki, Pentaqon belə bir vəziyyətdə Hava Hücumundan müdafiə və Raket əleyhinə müdafiə üçün zəruri təlimatlar hazırlamasını öhdəlik kimi qəbul edib.

Məlumatın mənbəyinə görə, hər iki hadisə aydın şəkildə bir NUO ilə qarşılaşma kimi qeyd olunub. Əsgərlərin fikrincə, bunlar nə təyyarədir, nə də raketlər. Son illərdə NUO ilə qarşılaşma hadisələri müşahidə olunur, 2018-2019-cu illərdə isə onlar daha tez-tez görünürlər.

XƏBƏR LENTİ