Ermənistanda saxlanılan ruhi xəstə vətəndaşımız əməliyyat olundu-İşğalçıdan növbəti “humanistlik”...-FOTO

605 26-04-2019, 09:10 cemiyyet

Ermənistanda saxlanılan ruhi xəstə vətəndaşımız əməliyyat olundu-İşğalçıdan növbəti “humanistlik”...-FOTOMartın 15-dən 16-na keçən gecə yolu azaraq Ermənistan tərəfinə keçən və işğalçı ölkə sərhədçiləri tərəfindən saxlanılan Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, Azərbaycan Respublikasının vətəndaşı Elvin Arif oğlu İbrhimovun aprelin 24-də İrəvanın "Erebuni" tibb mərkəzinə yerləşdirilməsi haqda məlumat yayılıb.

Moderator.az xəbər verir ki, erməni nəşrlərinin Ermənistan Ədliyyə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadla yaydığı məlumatda belə deyilir:

“Müayinənin nəticəsi olaraq pasientə təcili tibbi müdaxilənin lazım olduğu aydın olub. Açıq cərrahiyyə əməliyyatı nəticəsində onun mədəsindən yad bir cisim çıxarılıb.

Xəstə həkimlərin daimi müşahidə və nəzarəti altındadır, vəziyyəti stabildir. Bütün tədbirlər Ermənistanın ədliyyə və səhiyyə nazirliklərinin Qırmızı Xaç Cəmiyyəti ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib”.
Ermənistanda saxlanılan ruhi xəstə vətəndaşımız əməliyyat olundu-İşğalçıdan növbəti “humanistlik”...-FOTO
Girov saxlanılan sözügedən vətəndaşımız haqda Azərbaycan Respublikası Ombudsmanı tərəfindən yayılmış rəsmi məlumatı xatırladırıq:

“Azərbaycan Respublikasının vətəndaşı, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 1986-cı il təvəllüdlü, Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatda olan və dəfələrlə müalicə almış, II qrup əlil İbrahimov Elvin Arif oğlu anasının dediyinə görə bu ilin mart ayının 15-də evdən işə getmək adı ilə çıxıb, sonradan Qazax rayonunun Ermənistan Respublikasının Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb və hazırda girov saxlanılır.
Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair 1949-cu il tarixli Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən mülki şəxslərin girov götürülməsi qadağan olunur və onlar tez bir zamanda mənsub olduğu ölkəyə qaytarılmalıdır.
Eyni zamanda E.İbrahimovun II qrup əlil olduğunu və sərhədi səhvən keçərkən Ermənistan hərbçiləri tərəfindən yaralandığını nəzərə alaraq, adı çəkilən konvensiyanın 16-cı maddəsinə əsasən xüsusi qayğı və himayə ilə əhatə olunmalı, tez bir zamanda girovluqdan azad edilməlidir.
Lakin təəssüflə qeyd edilməlidir ki, Ermənistan tərəfi hər zaman olduğu kimi, bu dəfə də beynəlxalq hüquq norma və prinsiplərini pozaraq, mülki şəxsi girov götürmüş, onun əlilliyi olmasına baxmayaraq, tez bir zamanda ölkəsinə qaytarılması istiqamətində hər-hansı bir tədbir görməmişdir”.

Onu da qeyd edək ki, ruhi xəstəni girov saxlayan Ermənistan tərəfi dünya ictimaiyyətinə özünü “humanist dövlət” kimi sırımaq üçün müəyyən tədbirlərə əl atıb:

Belə ki, martın 18-də işğalçı ölkə ombudsmanı Arman Tatoyan E.İbrahimovu ziyarət edib. Görüş zamanı İbrahimovun ailəsi ilə görüşmək istəyinə cavab olaraq Ermənistanın Milli Təhlükəsizlik Xidməti onun ailəsi ilə telefon, məktub və ya video əlaqə yolu ilə ünsiyyət saxlaya biləcəyini bildirib.
Ermənistanda saxlanılan ruhi xəstə vətəndaşımız əməliyyat olundu-İşğalçıdan növbəti “humanistlik”...-FOTO
Bundan əlavə, Azərbaycan sərhədlərini pozarkən saxlanılmış Ermənistan ordusunun kəşfiyyatçısı Karen Kazaryanın atası Armen Kazaryanın da Azərbaycan vətəndaşı Elvin İbrahimovla səmimi(?) görüşü təşkil edilib.

İşğalçı vətəndaşımızın əməliyyat edilməsi haqda da xəbəri də əsirə növbəti “qayğı”aktı kimi sırımağa çalışır.

Sultan Laçın

XƏBƏR LENTİ