3 uşaq anası intihardan əvvəl məktub yazıbmış

639 29-04-2019, 13:51 hadise

3 uşaq anası intihardan əvvəl məktub yazıbmışXəbər verdiymiz kimi, ötən həftə Salyan rayonunun Seyidsadıqlı kəndinin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin yaxınlığından keçən Akkuşa çayının körpüsündən suya ataraq intihar edib. 3 uşaq anası olan A.Dadaşovanın hansı səbəblərdən intihar etdiyi bilinmir.

Moderator.az xəbər verir ki, Salyanın Marışlı kəndinin bələdiyyə sədri Alıhüseyn Hüseynov Azvision.az -a bildirib ki, məktəbdə laborant işləyən qadının intiharı ailəsi üçün də müəmmalı qalıb.

“Ayselin ailəsini yaxından tanıyıram. O, Seyidsadıqlı kənd orta məktəbində işləyirdi. 3 övlad anası idi. Maddi problemləri olmayıb. Çox mədəni, problemsiz ailəsi var idi. Onun intiharına hansısa don geyindirmək mümkün deyil. Heç nədən narahatlığı, çətinliyi olmayıb ki, deyəsən səbəb budur".

Bələdiyyə sədrinin sözlərinə görə, A.Dadoşova intihar etməzdən əvvəl məktəb yazıb: "O, məktubunda intihar səbəbini yazmayın. Heç kimi də günahlandırmayıb. Həyat yoldaşı Bağır Dadaşov hadisə baş verən zaman evdə olmayıb. O, Ayselin son günlər hansısa narahatlığının olmadığını deyir. Ayselin ölümü hamıya müəmmalı qalıb”.

Xeberdar.net

XƏBƏR LENTİ