İstifadəyə yararsız ət aşkar edilib –İki qurum birgə əməliyyat keçirib

653 2-05-2019, 08:30 cemiyyet

İstifadəyə yararsız ət aşkar edilib –İki qurum birgə əməliyyat keçiribƏhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyatı qurumlarla birgə tədbirləri davam etdirilir.

Xeberdar.net DİN-ə istinadən xəbər verir ki, növbəti belə tədbir aprelin 28-də DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Mingəçevir şəhəri ərazisində keçirilib.

Şəhərdəki mərkəzi bazarda ət kəsimi məntəqələrinin birindən sümükdən ayrılmış, natəmiz vəziyyətdə və istifadəyə yararsız olan 50 kiloqram mal əti aşkar edilib.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Faktla bağlı araşdırmalar aparılır.

Xeberdar.net

XƏBƏR LENTİ