Fizuli Məmmədov ermənilərin təxribatı ilə bağlı xəbərdarlıq etdi

Fizuli Məmmədov ermənilərin təxribatı ilə bağlı xəbərdarlıq etdiŞuşanın işğalı günündə Moskvadakı erməni tələbələr təxribata hazırlaşır.

“Dünya Azərbaycanlıları Mədəniyyət Fondu bildirir ki, mayın 7-də Moskva Dövlət Universitetinin Erməni Tələbələr Asossasiyasının düzənlədiyi “Qarabağ savaşı fədailəri” ilə görüş adı altında 1992-ci il mayın 8-də Şuşa şəhərinin işğalında iştirak edən qanunsuz hərbi birləşmələrin üzvlərinin iştirakı ilə tədbir keçirir. Bu tədbir pravokasiya xarakteri daşıyır və həm çoxmillətli Rusiyanın, həm də paytaxt Moskvanın ən nüfuzlu ali məktəbi olan Moskva Dövlət Universitetində millətlərarası zəmində qarşıdumalar yaradılmasına xidmət edir. Biz bu tədbiri Rusiyada sabitliyin pozulmasına və milli zəmində münaqişələrin alovlandırılmasına ciddi təhdid sayırıq”.
Bu sözlər Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru V.A.Sadovniçiyə ünvanladığı məktubundandır.

Məktubda daha sonra bildirilir: “Mayın 7-də saat 18.30-da Maroseyka 9 ünvanda keçiriləcək tədbir haqqında sosial şəbəkələrdə yayınlan elanlarda Moskva Dövlət Universiteti təşkilatçı kimi təqdim edilir. Əminik ki, ölkənin elm məbədi olan MDU sadaladığımız səbəblərə görə, Rusiya Federasiyasının ərazi bütövlüyünü tanıyan Azərbaycan Respublikası daxilində separatçılıqla məşğul olan, qanunsuz hərbi birləşmələrdə iştirak edən şəxslərlə görüşün qarşısını alaraq, elmi mühiti ilə ölkənin yüksəlişinə xidmət edən təhsil ocağının təxribatlar meydanına çevrilməsini qarşısını alacaq”.

Fizuli Məmmədov ermənilərin təxribatı ilə bağlı xəbərdarlıq etdi

  • 4-05-2019, 10:56
  • 260


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. "Çatışmazlıqlarımızı dostlarımızdan yox, bizi sevməyənlərdən öyrənə bilərik"-Elgün Şahverdi
  2. Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat edib
  3. Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başlayıb
  4. Psixoloq varlanmağa mane olan vərdişləri açıqladı
  5. Putinə zəng etdim, Əliyev isə rədd etdi! - Paşinyan
  6. Ucarda qadın qətlə yetirilib
  7. 19 şəhər və rayonda reydlər keçirilib - Sürücü və piyadalar cərimələnib
  8. MEHDİYEVLƏRİN BİZNES İMPERİYASI “ÇAT VERİR” - “Baku Steel Company”-dən sonra “Bank BTB” də əldən çıxa bilər
  9. “Müharibəyə hazırıq” - Rusiyadan qorxunc mesaj
  10. Paşinyanın Moskvadakı çıxışının səs yazısı - “Azərbaycanın Naxçıvana yol açmağı böyük uğurumuzdur”
«    Aprel 2021    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MARAQLI