İmişli Lokomotiv Deposunun rəisi Səftər Məmmədovun Gürcüstan “sərgüzəştləri”

İmişli Lokomotiv Deposunun rəisi Səftər Məmmədovun Gürcüstan “sərgüzəştləri”Ölkədə turizmin inkişafı istiqamətində dövlət səviyyəli müəyyən addımlar atılsa da, əksər görəvlilərin özləri üçün müəyyən etdikləri istirahət məkanları əsasən xaricdədir. Məmurlar istirahət üçün qısa zaman müəyyən edəndə belə əsasən yaxın xaricə - Gürcüstana “qaçış” təşkil edirlər. İmişli Lokomotiv Deposunun rəisi Səftər Məmmədov da belə edib.
Rayondakı mənbədən Conflict.az-a daxil olan məlumata görə bir neçə gün öncə özünə yaxın şəxslərdən biri ilə Gürcüstana səfər edən Səftər Məmmədov kifayət qədər bahalı otellərdən birində əsl məmursayağı istirahət təşkil edib. Məlumatı verən mənbənin sözlərinə görə otel “sərgüzəştlərini” yaxın çevrəsinə xüsusi zövqlə danışan Səftər Məmmədov sən demə əylənməyi sevən şəxslər sırasındadır. Özünün təbirincə desək Gürcüstanda yeyib-içib, kef çəkən S.Məmmədov görəsən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdan Gürcüstan səfəri öncəsi icazə alarkən nə deyib? Sözsüz ki, QSC sədrinə “qaqa mən yeyib-içib, kef çəkməyə gedirəm” demək üçün “Yarımştat” tele-tamaşasında deyildiyi kimi DÖT - yəni Dövlət Təminatı lazımdır. Səftər Məmmədovun belə təminatının olması inandırıcı deyil. Əgər ASC rəhbərliyi tərəfindən ezamiyyətə göndərilibsə, o halqa rəsmi səfər olub. Hər bir ölkəyə edilən rəsmi səfərlərin isə həmin ölkələrin xüsusi xidmət orqanları tərəfindən saniyəsinə qədər qeydiyyatı aparılır. Belə olan təqdirdə gəlinən qənaət odur ki, Səftər Məmmədovun artıq Gürcüstanda “klipi” var. Onu da xatırladaq ki, şou-biznesdən sonuncu dəfə Nadir Qafarzadə Gürcüstanda klip çəkdirmişdi. Lakin onun obrazı yeyib – içən oğlan deyildi, sadəcə polis idi. Və ya görəsən S.Məmmədov iş başında olmadığı günlərin hesabını İmişli rayon icra Hakimiyyətinin başçısı Vilyam Hacıyevə necə verib?
Səftər Məmmədovun maşinistlər və onların köməkçilərinin işə qəbul “qaydaları” ilə bağlı redaksiya araşdırmalarını davam etdirir.
Redaksiya məlumatda adı çəkilən qurum və şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Mövzuya qayıdacağıq.


Xeberdar.net

İmişli Lokomotiv Deposunun rəisi Səftər Məmmədovun Gürcüstan “sərgüzəştləri”

  • 8-05-2019, 10:36
  • 107


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Cəmil Məmmədli: "Bir neçə həyat artıq real təhlükə qarşısındadır"
  2. Tənqidçi şairə, “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın müəmmalı qətli
  3. Ali Məclisin aparat rəhbəri vəzifədən çıxarıldı
  4. “KEŞİKÇİ DAĞI BİZDƏN ALACAQLARSA…” – Deputatdan sərt açıqlama
  5. "Daha bacarmıram" -70 yaşlı Qusar sakini Mehriban Əliyevaya müraciət etdi+VİDEO
  6. “SAVAŞLAR DÖNƏMİ BİTİB, HEÇ BİR İRAN-AMERİKA HƏRBİ QARŞIDURMASI OLMAYACAQ” –Türkiyə icmalçısı İran üçün təhlükənin sovuşduğunu deyir – Təhlil
  7. Avropa Şurası Rusiyanın səsvermə hüququnu bərpa edib
  8. DEPUTALAR ƏSİB-COŞDULAR, ANCAQ… - Prezidentin siyasətinə zidd saydıqları layihəni qəbul etdilər
  9. ƏN RİSKLİ BANKLAR MƏLUM OLDU… – “Bank of Baku”, “Unibank”…
  10. "Onun bu addımı minlərcə əsgərin, milyonlarla dolların görə bilməyəcəyi işdi, amma..."
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI