ETSN:"Bakıda müşahidə edilən duman gecəyə doğru yenidən başlayacaq"

574 8-05-2019, 11:16 cemiyyet

ETSN:"Bakıda müşahidə edilən duman gecəyə doğru yenidən başlayacaq"“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi Bakıda və Abşeron yarımadasında gecə saatlarından başlanan duman hazırda davam edir”.

Bunu Departamentin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, Abşeron yarımadasında görünüş hazırda 500-600, bəzi yerlərdə 200 metrədək məhdudlaşıb: “Nisbi rütubət 86-88 faiz təşkil edir. Bu gün günorta saatlarında küləyin sürəti bir qədər artacaq və bu səbəbdən dumanın tədricən çəkiləcəyi gözlənilir, lakin gecəyə doğru yenidən duman olacağı ehtimalı var. Dumanlı hava şəraiti ilə əlaqədar öncədən müvafiq təşkilatlara xəbərdarlıq ünvanlanıb”.

U.Tağıyeva xatırladıb ki, hava şəraitini azqradiyentli nisbətən alçaq təzyiq sahəsi təyin edir və əsən cənub, cənub-şərq istiqamətli zəif külək dənizdən rütubətli hava kütlələrinin quruya doğru hərəkətini təmin edir. /Report

XƏBƏR LENTİ