XİN Ermənistan rəhbərliyinin Şuşadan səsləndirdiyi bəyanatlara cavab verdi

XİN Ermənistan rəhbərliyinin Şuşadan səsləndirdiyi bəyanatlara cavab verdiAzərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri və bu xüsusda səsləndirdiyi bəyanatlara münasibət bildirib.

XİN bu çıxışların münaqişə tərəfləri arasındakı son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarla ziddiyyət təşkil etdiyini bildirib:

"Ermənistan siyasi rəhbərliyinin hərbi işğal altında saxladığı Şuşa şəhərinə səfəri, bu xüsusda səsləndirilmiş bəyanatlar, eləcə də xarici işlər naziri də daxil olmaqla rəsmi Yerevanın səsləndirdiyi "Artsax"ın azadlığının müdafiəsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli öhdəliyimizin əsasını təşkil edir” kimi fikirlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar üçün çox yalnış ismarış olmaqla yanaşı, son görüşlərdə qəbul edilmiş birgə bəyanatlarda əks olunmuş əhalilərin sülhə hazırlanması çağırışı ilə kəskin ziddiyyət təşkil edir.

Hadisələrin bundan sonrak mümkün inkişafı ilə bağlı bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür.

Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar".

XİN Ermənistan rəhbərliyinin Şuşadan səsləndirdiyi bəyanatlara cavab verdi

  • 10-05-2019, 12:31
  • 34


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Cəmil Məmmədli: "Bir neçə həyat artıq real təhlükə qarşısındadır"
  2. Tənqidçi şairə, “Arzu” Ticarət Mərkəzinin direktoru Nəcimə Babayevanın müəmmalı qətli
  3. Ali Məclisin aparat rəhbəri vəzifədən çıxarıldı
  4. “KEŞİKÇİ DAĞI BİZDƏN ALACAQLARSA…” – Deputatdan sərt açıqlama
  5. "Daha bacarmıram" -70 yaşlı Qusar sakini Mehriban Əliyevaya müraciət etdi+VİDEO
  6. “SAVAŞLAR DÖNƏMİ BİTİB, HEÇ BİR İRAN-AMERİKA HƏRBİ QARŞIDURMASI OLMAYACAQ” –Türkiyə icmalçısı İran üçün təhlükənin sovuşduğunu deyir – Təhlil
  7. Avropa Şurası Rusiyanın səsvermə hüququnu bərpa edib
  8. DEPUTALAR ƏSİB-COŞDULAR, ANCAQ… - Prezidentin siyasətinə zidd saydıqları layihəni qəbul etdilər
  9. ƏN RİSKLİ BANKLAR MƏLUM OLDU… – “Bank of Baku”, “Unibank”…
  10. "Onun bu addımı minlərcə əsgərin, milyonlarla dolların görə bilməyəcəyi işdi, amma..."
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI