ABŞ Konqresinə Trampın impiçmentinə görə imza təqdim edilib –10 milyon

526 10-05-2019, 12:56 dunya

ABŞ Konqresinə Trampın impiçmentinə görə imza təqdim edilib –10 milyonABŞ Konqresinə ABŞ Prezidenti Donald Trampın impiçmentə layiq olmasının lehinə 10 milyon imzanın toplandığı petisiya təqdim edilib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, imzalar “MoveOn” fəallarının rəhbərliyi altında toplanıb və Nümayəndələr Palatasının üzvü Rəşidə Tlaibə (Miçiqan ştatı) verilib.

O da öz növbəsində Trampa qarşı impiçment prosedurunu başlatmaq üçün qanun layihəsini nəzərdən keçirilməsi üçün məhkəmə komitəsinə təqdim edib.

Qeyd edək ki, demokratlar arasında Trampın impiçmenti haqqında müzakirələr xüsusi prokuror Robert Müllerin “Rusiya işi” araşdırmasını başa çatdırmasından sonra bərpa edilib. ABŞ Ədliyyə Nazirliyi aprelin 18-də R.Müllerin yekun hesabatını açıqlayıb. Xüsusi prokuror iddia edir ki, Rusiya 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkiləri kampaniyasının gedişatına təsir göstərməyə çalışıb. Eyni zamanda, R.Müller istintaqın ABŞ Prezidenti Donald Trampın Rusiya ilə razılığa gəlməsi ilə barədə heç nə aşkar etmədiyini də etiraf edib. Prezident və onun köməkçiləri dəfələrlə seçki kampaniyası zamanı Rusiya rəsmiləri ilə hər hansı qeyri-qanuni təmasda olduqlarına dair şübhələri rədd ediblər. Moskva da ABŞ-da keçirilmiş seçkilərin gedişinə təsir göstərmək cəhdlərinə dair iddiaları dəfələrlə rədd edib.

XƏBƏR LENTİ