"Onun bu addımı minlərcə əsgərin, milyonlarla dolların görə bilməyəcəyi işdi, amma..."

619 17-05-2019, 08:24 gundem

"Nə üçün biz mübarizənin daha səmərəli, daha təsirli yolunu seçmirik, ən azı paralel bu yollara da müraciət etməyək?"
"Onun bu addımı minlərcə əsgərin, milyonlarla dolların görə bilməyəcəyi işdi, amma..."
Əlbəttə, Qubad bəyin belə mötəbər toplantıda bizim ağır problemimizi qaldırması çox təsirli hadisədi, hətta mənim fikirimcə, minlərcə əsgərin, milyonlarla dolların görə bilməyəcəyi qədər işdi. Amma bir gül açılmaqla yaz olmaz. 21-ci əsr müharibələri top-tüfəng döyüşündən daha çox beyin müharibəsidi. İllah da bizim qarşımıza çıxan 3 milyonluq erməni deyil, ermənini canlı şitə çevirən dünya nəhənglərindən birinin olması bizə bunu daha ciddi xatırladır. Bu amansız və bizə qarşı ədalətsiz müharibədən bir milyon insan zərər çəkib. Nə üçün biz mübarizənin daha səmərəli, daha təsirli yolunu seçmirik, ən azı paralel bu yollara da müraciət etməyək? Bir milyon zərəçəkən vətəndaşlardan beynəlxalq və Avropa məhkəmələrinə şikayət getsəydi, nəticə necə olardı? Dünya miqyasında 20-yə yaxın beynəlxalq məhkəmə vardır, bu məhkəmələrdə Azərbaycan bərabər prinsiplərlə iştirak edir və konvensiya və ya müqavilələri imzalamışdı. Ölkə daxilindən çıxan şikayətlər sözsüz baxılmış və müvafiq qərarlar qıbul edilmişdir. Tamamilə əminəm ki, erməni birləşmələri və havadalarına qarşı gedən məhkəmə işləri daha həvəslə baxılacaqdır. Orduya, silaha çəkilən yüz milyonlarla məsrəfdən bu yalnız ağıl-beyin məsrəfi qat-qat çox səmərə verəcəkdir. Bu məqsədlə geniş miqyaslı iş aparmaq lazımdı:
1. Qeyri-hökümət hüquq qurumu yaradlmalı, bura dünya miqyasında tanınmış hüquq-consaltinq şirkətlərindən biri və ya bir neçəsi dəvət olunmalıdı.
2. Bu qurumun qaçqın və köçgün bölgələri üzrə bölmələri yaradılmalı və təşkilatlanma işi həyata keçirilməlidi.
3. Bütün bölgələrdə şikayətlərin təqdim olunması üzrə treyninqlər keçirilməli, ərizə və sənədlərin hazırlanması üzrə məsləhətlər verilməlidi.
4. Hər bir şəxs (Ermənistan qaçqınları və yerli köçgünlər) üzrə vəkil müəyyənləşdirilərək şikayətlər (o cümlədən qrup halında) üzrə sənədlər rəsmiləşdirilərək yerli məhkəmələrdə qəbul edilərək müvafiq beynəlxalq məhkəmələrə təqdim olunmalıdı.
5. Əlbəttə, bundan sonra müvafiq xarici və daxili vəkillər vasitəsilə işin gedişatı təqib olunmalıdı.
Beynəlxalq məhkəmələrə müraciət etmək və hüquqların müdafiəsi üçün hüquqları pozulduğu halda onu tələb etmək hər bir dünya vətəndaşının hüququdur və şikayətləri qəbul etmək və diqqətlə baxmaq isə beynəlxalq məhkəmələrin borcudur.

Dərin hörmətlə, Prof. Saleh Məmmədov

Moderator.az

XƏBƏR LENTİ