ABŞ Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edib

498 17-05-2019, 09:53 dunya

ABŞ Türkiyə ilə güzəştli ticarət rejimini ləğv edibABŞ prezidenti Donald Tramp Türkiyəni inkişaf etməkdə olan ölkələr siyahısından çıxartmaqla, onunla güzəştli ticarət rejimini ləğv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

“Mən qərara gəldim ki, onun [Türkiyənin] iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, 17 may 2019-cu il tarixindən etibarən Türkiyənin inkişaf etməkdə olan ölkə – benefisiar kimi təyinatını ləğv etmək məqsədəuyğun olardı”, – deyə ABŞ prezidentinin bəyanatında bildirilir.

Buna uyğun olaraq Vaşinqton həmçinin Ankara ilə xüsusi güzəştli ticarət rejimini dayandırır.

XƏBƏR LENTİ