Ər-arvadın olduğu avtomobil suya düşüb –Naxçıvanda

789 17-05-2019, 10:23 hadise

Ər-arvadın olduğu avtomobil suya düşüb –NaxçıvandaNaxçıvanda ər-arvadın olduğu avtomobilin suya düşməsi nəticəsində onların hər ikisi ölüb.

Şahbuz rayonunda 46 yaşlı Həsən Abbasovun idarə etdiyi “Saipa” markalı maşın idarəetmədən çıxaraq Vayxır su anbarına düşüb.

Sürücü və maşında olan həyat yoldaşı 43 yaşlı Ruhiyyə Abbasova suda boğularaq ölüb.

Onların meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır. /Report

XƏBƏR LENTİ