Azərbaycanlıların soydaşlıq problemi və həlli yollar

715 25-05-2019, 22:03 cemiyyet

Azərbaycanlıların soydaşlıq problemi və həlli yollar“Azərbaycanlıların soydaşlıq problemi və həlli yolları” mövzusunda dəyirmi masa (25/05/2019) 25 may 2019-cu il tarixində Beynəlxalq Mətbuat Mərkəzində Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə “Azərbaycanlıların soydaşlıq problemi və həlli yolları” mövzusunda dəyirmi masa keçirildi. Tədbir Azərbaycan Resublikasının dövlət himni ilə açıq elan edildi. Təşdbiri aparan BAO başqanı Zahir Əlisoy ilk olaraq mövzu vacibliyi haqqında məlumat verdi: “Soydaş haqqında qanunun qəbul olunması 50 milyonluq bir xalqın bir mərkəzdə birləşməsi üçünn vacibdir. Kərkük, Dərbənd, Azərbaycanınn Güneyi, Borçalı və Diasporalarımız üçün həmin qanunda xüsusi bəndlər nəzərdə tutulmalıdır. Dünən Əziz bəy Purvəlini də itirdik, Güneydə çox dəyərli bir milli fəalımız idi. Təklif edirəm ki, xatirəsini bir dəqiqəlik sükutla yad edək”. Sayğı duruşundan sonra söz çıxışçılara verildi. Qafqazşünas Kamran Ramazannlı: Bizim inndiyə qədər yazılı müraciiətlərimiz və gürüşlərimiz olub, dövlət orqanlarının nümayəndələri ilə. İstək var, məlumatıma görə soydaş haqqında qanunun layihəsi də hazırlanıb. Lakin eşitdiyimizə görə bu qanunun qəbulunun əleyhinə olann qüvvələr var ki, vu proses gecikir. Biz təklif etmişdik ki, xaricə işləməyə və yaşamağa gedənlər, milli azlıq statusunda olan aborigen əhali, yəni Dərbənd və Borçalı, bir də milli azlıq olmayan Güneydəki soydaşlarımız qanunda ayrı- ayrı kateqoriya kimi nəzərdə tutulmalıdır. Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn: Bu məsələnin hüquqi həlli necədir, beynəlxalq hüquqda necə nəzərdə tutulub, bunu bilmək üçün bura hüquqşünaslar cəlb olunmalıdır. Burda çox ciddi hüquqi problemlər yarana bilər, Konstitusiyaya zidd məsələlər ortaya çıxa bilər. Yəni məsələ sadə məsələ deyil. Əgər qanun layihəsi varsa, baxardıq görək, orada necə əzərdə tutulub. Məncə universal bir qanun qəbul etmək çətindir, bu dövlətlər arasında ikitərəfli müqavilələrlə daha asan ola bilər. Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) rəhbəri İsa Qəmbər: BAO-nun bugünkü tədbiri çox önəmlu tədbirdir.Məruzə də maraqlı idi. Bupproblemlərin həlli ilə bağlı hakimiyyət nə tədbir görəcəksə biz dəstək verəcəyik. Bizim hakimiyyətimiz dövründə bu problemin həyllinə başlannmışdı, yarımçıq qaldı. Mən Pənah bəyin fikri ilə razıyam ki, bbu qanunun qəbulu çətinn olacaq. Məncə dövlətin bununla bağlı bir konsepsiyası olmalıdır. Məsələn hərbi doıkltriçna kimi. Bu qanundan da üstün ola bilər. Məsələn Borçalıdan, Dərbənddən, Güneydən olan gənclərimiz nəyə görə Azərbaycan dövləti tərəfindən xaricə təhsilə göndərilməsin? Azərbayycan dövləti çox işlər görə bilər. Azərbaycanda da bərabərlik, demokratiiya təmin olunmalıdır ki, bu məsələlər həll olunsun. Tədbirə “skayp” vasitəsiylə qoıulmuş Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev: Mənimçün çox önəmli məsələdir. Məncə Azərbaybcan dövləti bu məsələni həll etməlidir. Gürcüstandakı həmin qanun çox işləyən bir qanundur. Burada təkcə hüqulqr yox, öhdəliklər və vəzifələr də müəyyən olunur. Orada soydaş statusu müəyyən olunur. Viza məsələsi, təhsil məsələsi, idman yarışlarında dövləti təmsilşilik və b. məsələlərdə güzəştlər nəzərdə tutlur. Düzdür, Azərbaycan dövlətinin bütün dünyada yaşayan Azərbaycanlılara bu şəraiti yaratması mümkün deyil. Amma biz bu qanunun qəbulunu gözləyirik. Tədbirə “skayp” vasitəsiylə qoıulmuş Azərbaycan Milli Dirəniş Təşkilatı (AMDT) təmsilçisi Məcid Araz: Bu qanunun qəbulu çox önəmli bir addım olacaq. Mən Güney açısınndan danışmaq istəyirəm. Biz özümüzü mənəvi olara Azərbaycan dovlətinə mənsub bilirik. İnsan haqları beynəlxalq məsələdir, iç məsələsi deyil. Bu baxımdan hesab edirik ki, Azərbbaycan dövləti Güneydəki 30 milyonluq Azərbaycann türrkünün milli problemlərinə biganə qalmamalıdır. Bu heş də dövlətin daxili işlərinə qarışmaq deyil. Bəxtiyar Tuncay: Mən Pənah bəyin fikirləri ilə razıyam. Dərbənddə, Borşalıda, Günneydə sadəcə türklər yaşamır, onları da nəzərə alınmalıdır. Burada məsələin həlli belə ola bilər ki, bütün qonşu dövlətlərlə viza mgötürülşməlidir. Asif Barselli: Bu qanun ilk olacaq. Dünyada soydaş haqqında qanun yoxdur. Gürcüstanda da həmin qanun həmvətənlər haqqınnda qanundur, soydaş haqqınnda yox. O qanunda da Azərbaycanlılar üçün nəzərdə çtütülmayıb. Gürcüdilli insanlara aid edilir. Azərbaycanda həmvətənlər haqqında qanun var, özü də mükəmməldir, sadəcə onu bir az da təkmilləşdirmək lazımdır. Gürcüstanda güclü diskrimnasiya var, təkcə azərbaycanlılara qarşı yox, digər etnik qruplara da qarşı. Borçalıda elə bölgələr ver ki, orada Azərbaycan türkləri assimilyasiya olunur. Biz soydaş haqqında qanunun qəbulunnda ürəklə, canla iştirak etməliyik, dövlət qurumları ilə birlikdə. Ümid Partiyasının sədr müavini Rüfət Muradlı: Xaricdə yaşayan Azərbbaycanlılar haqqınnda qanun qəbul olunub, 2002-ci ildə. 2013- cü ildə də qanun qəbul olunub. Orada da bir Mozambik vətəndaşı ilə güneyli soyydaçımıza fərq qoyulmur. Ona görə də Soyjdaşlıq haqqınnda qanun mmütləq qəbul olunmalıdır. Ona görə vacibdir ki, xaricdə yaşayan soydaşşlarımızın yaşadıqları ölkələrdə hüquqları pozulur. BAO başqanının müavini Dilavər əzimli: Biz parçalanmış bir millətik. Ona görə bu qanun bizə lazımmdır. Borçalı və Dərbənddə Azərbaybcanlılar yerlii xalqlar statusunna malikdir. Onlar diaspora deyil. Xaricdən gələn soydaşlarımız var ki, burada təhsil üçün külli miqdarda pul ödəməli olurlar. Ödəyə bilməyəndə getməyə məcburolurlar. Bu böyük problemdir. Dəyirmi masada Sənan Həsənov, Uğurlu Şərifov, İlham Həsənov, Zahir Əlisoy və b. mövzu üzrə öz fikirlərini bölüşdülər və mövcud problemlərdən danışdılar. Tədbirdə Diaspora ilə iş üzrə Dövlət Komitəsinnin nümayəndəsi Aidə İsrafilova da iştirak edirdi. Tədbirinn sonundda K.Ramazanlı soydaşlıq haqqında qanunun qəbulu üçün imza toplanmasını təklif edtdi. BAO.AZ. 25.05.2019.

XƏBƏR LENTİ