Yeni Tv kanalı fəaliyyətə başlayır

916 29-05-2019, 12:51 gundem

Yeni Tv kanalı fəaliyyətə başlayır

İyunun 1-dən etibarən dünya azərbaycanlılarının yeni AN.T(Aznews tv) özəl media qurumu fəaliyyətə başlayacaq.
Gündəm hadisələrı yaymağı hədəfləyən televiziya kanalı peyk ,veb-sayt,sosial şəbəkələr vasitəsilə izləyicilərə dünyada baş verən ən son xəbərləri və məlumatları da təqdim edəcək. Bu haqda AN.T-dən (Aznews tv) redaksiyamıza məlumat verilib.

Televiziyadan bildirib ki, kanalın verilişləri İsveçin Stokholm şəhərindən yayimlansa da, proqramları dünyanın müxtəlif ölkələrində yaşayan müxbir və jurnalistlər hazırlayır.
AN.T-nin televiziya proqramları "Yahsat"peykindən 11900 üfüqi 27500 simbolunda və http://www. aznews.tv saytında yayımlanacaq.
Kanalın qurucusu əslən Güney Azərbaycandan olan insan haqqları müdafıəcisi və milli fəal Saleh Kamranidir.
Satellite:Al Yah [email protected] East
Frequenty:11900MHz
Polarity:Horizontal
Symbol rate:27500
FEC:7/8


Xeberdar.net

XƏBƏR LENTİ