Əfqanıstanda namaz zamanı məsciddə partlayış olub –Ölən və yaralananlar var

655 4-06-2019, 13:29 dunya

Əfqanıstanda namaz zamanı məsciddə partlayış olub –Ölən və yaralananlar varƏfqanıstanda Ramazan bayramı namazı zamanı məscidin qapısında partlayış törədilib.

“Anadolu” xəbər verir ki, hadisə ölkənin şimalında yerləşən Bağlan əyalətinin Nahreyin rayonunda qeydə alınıb.

Bildirilib ki, hadisə sakinlər məsciddən çıxan zaman baş verib. Nəticədə 2 nəfər ölüb, 12 nəfər yaralanıb.

Partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma üzərinə götürməyib/Report

XƏBƏR LENTİ