“Reuters”:"Conson Trampla təkbətək görüşməkdən imtina edib"

681 4-06-2019, 18:42 dunya

“Reuters”:"Conson Trampla təkbətək görüşməkdən imtina edib"Böyük Britaniyanın sabiq xarici işlər naziri Boris Conson ABŞ prezidenti Donald Trampla təkbətək görüşməkdən imtina edib.

Bu barədə “Reuters” mənbəyinə istinadən məlumat verib.

Qeyd olunur ki, Tramp və Conson dünən telefonda, təxminən, 20 dəqiqə söhbət ediblər. Mənbənin bildirdiyinə görə, onlar çox mehriban söhbət ediblər.

Daha əvvəl ABŞ prezidenti Britaniyanın sabiq xarici işlər naziri və Londonun keçmiş merinin “yaxşı oğlan” olduğunu və hər zaman onu bəyəndiyini söyləmişdi.

XƏBƏR LENTİ