“Android” smartfonlarında təhlükəli virus aşkarladı

“Android” smartfonlarında təhlükəli virus aşkarladıHakerlər “Android” əməliyyat sistemi ilə işləyən mobil cihazlara işə salınmazdan əvvəl, istehsal mərhələsində virus yeritməyin yolunu tapıb.

Bu kibercinayət sxemi ilə bağlı “The Verge” nəşri “Google” mütəxəssislərinə istinadən məlumat yayıb.

Söhbət mobil cihazlarda reklam yerləşdirmək və spam göndərmək üçün nəzərdə tutulan “Triada” ailəsindən olan təhlükəli proqramlardan gedir. Məlum olub ki, yenilənmiş “Android-troyan”lar qabaqcadan telefona yazıla bilər.

Belə hiyləgər virtual hücum istehsalçı şirkətlərə funksiyaları təkmilləşdirməkdə kömək edən və hazır proqramlarla təchiz edən PT (proqram təminatı) tədarükçülərinin əli ilə törədilir. Belə tədarükçülərə çox sayda təşkilat müraciət edir. Yoluxmanın təfsilatları barədə məlumat verilmir.

“Triada” ailəsindən olan hücumlara konkret olaraq hansı smartfonların məruz qaldığı barədə məlumat verilmir.

Habelə bundan əvvəl, 2017-ci ildə Çinin “Leagoo” və “Nemu” şirkətləri bu zərərli proqramın müxtəlif variantlarını aşkarlamışdı.

“Google” əməkdaşları istifadəçilərə mobil cihazlarında virusların olub-olmamasını yoxlamaq üçün “Build Test Suite” proqramını yazmağı tövsiyə edir.(oxu.az)

“Android” smartfonlarında təhlükəli virus aşkarladı

  • 10-06-2019, 10:47
  • 53


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “SURƏT HÜSEYNOV BU GÜN DƏ BİZƏ HƏDƏ-QORXU GƏLİR…” – Keçmiş baş prokurordan sensasiyalı açıqlamalar
  2. İyunun 10-da Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçirilib
  3. Sülhəddin Əkbər: “Harada böhran yaranırsa, böyük oyunçuların mübarizəsi gedir”
  4. Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan foto yayıldı
  5. Rusiyanın Yerevandakı səfiri: “Hər şeyin Rusiyadan asılı olduğunu demək yanlışdır”
  6. “Naxçıvandakı təlimləri rus bazası da izləyir” – Əcaba niyə?
  7. Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019" döyüş atışlı taktiki təliminin əsas mərhələsi keçirilib
  8. Da Vinçinin itən tablosu… –Səudiyyə şahzadəsinin yaxtasında tapıldı
  9. Bakıda yanğın:körpə qız yanaraq öldü
  10. Sabaha olan hava proqnozu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MARAQLI