Vəkili döyən polislərə cinayət işi açılıb? – Baş Prokurorluqdan açıqlama

Vəkili döyən polislərə cinayət işi açılıb? – Baş Prokurorluqdan açıqlama“Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları barəsində cinayət işinin başlanması ilə bağlı yayılan məlumat doğru deyil”.

Bunu Baş Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov deyib.

O bildirib ki, vəkil Orxan Kəngərlinin polis şöbəsində təzyiqə məruz qalması barədə etdiyi müraciətə əsasən Binəqədi Rayon Prokurluğunda müvafq araşdırma davam edir və nəticəsi barədə məlumat veriləcək.

Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü Orxan Kəngərlinin Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində fiziki təzyiqə məruz qalması ilə bağlı məlumat yayılmışdı. Lakin Daxili İşlər Nazirliyi məlumatın yalan olduğunu, vəkilin polis şöbəsinin normal iş rejimini pozmasına görə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərildiyini açıqlamışdı.

Sonradan vəkilə qarşı zorakılğa yol verdiyinə görə, polis əməkdaşları işdən çıxarılıb.

Məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun 7 iyun tarixli əmri ilə Binəqədi RPİ-nin 4-cü PŞ-nin rəis müavini Yalçın Yaqubov daxili işlər orqanlarından xaric edilib, təhqiqatçı Elnur Rəşidov isə vəzifədən azad olunub. Nazirin digər əmri ilə əməliyyatçı və sahə müvəkkilinə töhmət və xidmətə yararsızlıq intizam məluliyyətinə cəlb etmə tətbiq olunub.

Həmçinin sosial şəbəkədə şöbənin əməkdaşları barədə cinayət işinin başlanması barədə də məlumat yayılmışdı.

Vəkili döyən polislərə cinayət işi açılıb? – Baş Prokurorluqdan açıqlama

  • 10-06-2019, 11:25
  • 58


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. “SURƏT HÜSEYNOV BU GÜN DƏ BİZƏ HƏDƏ-QORXU GƏLİR…” – Keçmiş baş prokurordan sensasiyalı açıqlamalar
  2. İyunun 10-da Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçirilib
  3. Sülhəddin Əkbər: “Harada böhran yaranırsa, böyük oyunçuların mübarizəsi gedir”
  4. Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan foto yayıldı
  5. “Naxçıvandakı təlimləri rus bazası da izləyir” – Əcaba niyə?
  6. Rusiyanın Yerevandakı səfiri: “Hər şeyin Rusiyadan asılı olduğunu demək yanlışdır”
  7. Naxçıvanda “Sarsılmaz qardaşlıq-2019" döyüş atışlı taktiki təliminin əsas mərhələsi keçirilib
  8. Da Vinçinin itən tablosu… –Səudiyyə şahzadəsinin yaxtasında tapıldı
  9. Bakıda yanğın:körpə qız yanaraq öldü
  10. Sabaha olan hava proqnozu
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MARAQLI