İSRAİL VƏ SƏUDİYYƏNİN OYUNCAĞI OLAN AMERİKA VƏ İRAN MÜŞKÜLÜ:ABŞ-ın keçmiş nazir müavini Roberts İrana hücum təhlükəsinin hələ qaldığından yazır – Təhlil

878 24-06-2019, 11:57 siyaset

İSRAİL VƏ SƏUDİYYƏNİN OYUNCAĞI OLAN AMERİKA VƏ İRAN MÜŞKÜLÜ:ABŞ-ın keçmiş nazir müavini Roberts İrana hücum təhlükəsinin hələ qaldığından yazır – Təhlil  Pol Roberts

svpressa.ru, 23.06.2019

Mötəbərliyi geniş ictimaiyyətə təsdiqlənməsi mümkünsüz olan xəbər yeniliklərinə görə, ABŞ-ın dəli hökuməti Yaxın Şərqdə nəticələri hamı üçün fəlakətli ola biləsi tammiqyaslı münaqişə qızışdırmağın on dəqiqəliyində olub.

Yüksək postlarda yerləşən səfeh savaş qızışdırıcıları – Bolton, Pompeo və Pens – və onların İsrail lobbisindən yiyələri tam qətiyyətdə qalır və İranla savaşın xeyrinə təbliğat kampaniyasından indiyədək əl çəkməyiblər. Əlbəttə, yalançılar iddia edirlər ki, İran öz ərazisini qoruyaraq, sadəcə, cəza xatirinə səbirlə dözəcək, savaş da olmayacaq. Amma İranın dediyi bu deyil. Mən isə İrana inanıram. Qərb dünyasında adamların cüzi faizinin hələ də düşünmək bacarığında olan bəzi bölümü təəssüf edir ki, Tramp həmin sərsəm planı ləğv edib. Onlar hesab edirlər ki, nəticə Səudiyyə Ərəbistanı və İsrail hökumətlərinin – insanlıq tarixində bu iki ən böyük şərin dağıdılması ola bilərdi, ABŞ və Avropaya neft göndərilməsi dayanar, nəticədə depressiya savaşı qızışdıran Qərb hökumətlərinin devrilməsinə gətirərdi.

Onlar hesab edirlər ki, Amerikanın fəlakətli məğlubiyyəti bütün dünyada barışı bərpa etməyin yeganə yoludur.

Başqa sözlə, aydın deyil – Trampın hücumu təxirə salmağı bizi xilas edib, yoxsa daha pis nəyəsə düçar edib. Deməli, İsrail lobbisi və onun agenti yeni mühafizəkarlar dərs almayıblar. Tramp, demək olar, dünya yanğını alışdıran Boltonu və Pompeonu işdən azad etməyib və özünün kəmağıl vitse-prezidentinə qulaqburması verməyib. Belə ki, hər şey hələ təkrarlana bilər.

Və çox ehtimal ki, təkrarlanacaq.

Bolton və İsrailin mənimsədiyi dərs bundan ibarətdir ki, Yaponiyanın yük gəmisinə iranlıların hücumu haqda feyk xəbərlər – yaponlar isə inkar edirlər ki, bunu iranlılar ediblər – Trampı İrana basqın edərək “öz simasını xilas etməyə” vadar etmək üçün yetərli deyildi. Belə ki, daha bir fitnəkarlığın qurulacağına hazır olun. Bolton və İsrail bilir ki, Qərbin mətbuat fahişələri onların göstərişi ilə böhtan atacaqlar. Trampa hücumdan savayı heç bir alterantiv verməyən fəsadlar gözləyin.

Savaş başlamaq üçün Vaşinqton tərəfindən saxta xəbərlər və “özgə bayrağı” altında hücumdan istifadənin uzun tarixi var. 21-ci yüzillikdə bunun konsentrasiya olunmuş dozasını əldə etmişik – Səddam Hüseynin “kütləvi qırğın silahı”, Əsədin “kimyasal silah işlətməsi”, “İranın nüvə silahı”, “Rusiya müdaxiləısi”, “öz xalqını aclıqla üzən” Maduro, Qəddafi haqda sonsuz yalanlar. Bəli, mən bilirəm ki, daha çox şey olub. Amma mən ensiklopediya deyil, məqalə yazıram.

Vaşinqton yalan bəhanələr altında başqa ölkələrə hücum etməyə və bundan sonra sudan quru çıxmağa alışıb. Odur ki, İsrail lobbisinə və Vaşinqtondakı oyuncaqlarına İrana hücum “hazırlığını” davam etdirməyə heç nə mane ola bilməz. Uğur isə tələsikliyə aparır. İraqa hücum BMT-də inam bəslənilən ABŞ dövlət katibi tərəfindən təşkil olunmuşdu. Liviyaya hücum aldadılmış Rusiya və Çinin qarşısını ala bilmədiyi BMT qətnaməsilə təşkil olunub. Vaşinqton belə durumlarda hərbi cinayət etmək üçün “yaşıl işıq” təşkil edib. Amma Vaşinqton İrana hücum üçün “yaşıl işıq” düzəltməyə nail olmayıb. Hətta İraq və Liviyadansa İran daha qüdrətli hərbi gücdür, Rusiya və Çin tərəfindən İrana dəstək səviyyəsi isə Vaşinqtona bəlli deyil.

İsrail uğurlu sayarsa, öz oyuncağını – Vaşinqtonu – İrana hücuma vadar edərsə, onda İsrail və onun agent yeni mühafizəkarlarının öz hədəflərinə yetmək üzrə səylərinin iflasını alqışlamayacaqlar. Onlar bu uğursuzluqla mübarizə apararaq daha təhlükəli gedişlər təşkil edəcəklər. Trampı sülhü məhv etmək yolu ilə “simasını qurtarmağa” və Rusiya və Çinin ünvanına hansısa ultimatumlar irəli sürməyə, ya da İrana qarşı nüvə silahına əl atmağa vadar edən fanatikləri asanlıqla təsəvvür edə bilirəm.

Başısoyuq amerikalıları – bir də, ümumiyyətlə, Qərbin başqa ölkələrinin xalqlarını da – bu niyyətlərdən agah etmirlər. Mətbuat fahişələrinin təyinatı da bundan ibarətdir: xalqa təqdim olunan izahatları nəzarətdə saxlamaq. ABŞ Konqresi satın alınıb – eynilə Britaniyada və Avropa ölkələrindəki ən önəmli siyasətçilər satın alındığı və parası ödənildiyi kimi. Sözümün canı budur ki, fanatiklərin Armageddon (xristianlıqda Axır zamanda xeyir və şərin son döyüş yeri-tərc.) yaratmağı çox asandır.

Stiven Koen və mən, daha hansısa ekspertlər 20-ci yüzilliyin soyuq savaşından keçmiş və sağ qalmışıq. Hər ikimiz son illərdə dəfələrlə elə hey təkrarlamışıq ki, bu gün nüvə savaşı təhlükəsi soyuq savaş dönəmindəkindən xeyli böyükdür. Belə düşüncənin səbəblərindən biri bundan ibarətdir ki, Amerika və sovet liderləri soyuq savaş dövründə gərginliyi azaltmaq və inam tədbirlərini möhkəmləndirmək üzərində işləyirdilər. Amma, bax, bu gün Klinton rejimi dönəmindən bəri, əksinə, elə hey gərginliyi çoxaltmaq üzərində çalışıblar. Koen də, mən də bir çox hallarda gərginliyi artırmaq üzrə Reyqan/ata Corc Buşdan sonra prezident administrasiyalarının hamısının həyata keçirdiyi tədbirlərin tam bir siyahısını göstərmişik.

Ruslar Vaşinqtona daha inanmırlar. Çinlilər də. Vaşinqton 21-ci yüzillikdə Rusiyaya o qədər tez-tez yalan danışıb ki, Rusiyanın Vaşinqtona etibarı tükənib. Rusiyanın Vaşinqtona etibar etmək istəyində nə qədər səmimi olduğundan asılı olmayaraq bunu etməyə cürət etmir. Buna görə də təhdidlərin kəsilməsi üzrə Rusiya tərəfdən cavab reaksiyaları doğurmaqdan yana Vaşinqtondakı giclərin olduqca az yanlışlıq etməyi tələb olunur, çünki Vaşinqton Rusiya hökumətini inandırıb ki, ABŞ Rusiyanı məhv etmək niyyətindədir.

Stiven Koenin vurğuladığı kimi, Demokrat Partiyası, hərbi-kəşfiyyat kompleksi və media fahişələri tərəfindən “Russiagate” qalmaqalını quraşdırmaq prezident Donald Trampı özünü qorumaq tədbiri kimi Rusiyaya və “tabe olmayan” başqa ölkələrə münasibətdə yeni mühafizəkarlara xas yola girişməyə vadar edib. Belə yol hətta ən yaxşı zamanlarda da yetərincə təhlükəlidir. Amma illərin yalanları və yalan ittihamlardan sonra inam məhv edilməsi son dərəcə təhlükəlidir. Ola bilsin, Tramp administrasiyasında cari durumun bütün təhlükəsini anlamaqdan ötrü intellektə malik kimsə var və Trampa inanır. Amma bu adamın kim olduğunu bilmirəm.

Biz bu faktı boynumuza almalıyıq ki, Qərb dünyası Armageddon gəlməmişdən qabaq liderlərdən məhrum olub.

Müəllif: Pol Kreq Roberts iqtisad elmləri doktoru, Ronald Reyqan administrasiyasında ABŞ-ın maliyyə nazirinin iqtisadi siyasət üzrə keçmiş müavini. “The Wall Street Journal” qəzetinin, “Businessweek” dərgisinin və “Scripps Howard News Service” informasiya agentliyinin redaktoru və icmalçısı işləyib. Bir vaxtlar “The Washington Times” qəzetində daimi köşənin müəllifi olub. Çağdaşlığın ən böyük problemlərinə həsr edilmiş çoxlu kitabın müəllifidir.

Tərcümə Strateq.az-ındır.

XƏBƏR LENTİ