Odessada 32 yaşlı azərbaycanlını öldürdülər

Odessada 32 yaşlı azərbaycanlını öldürdülər
Ukraynanın Odessa şəhərinin Admiralsk prospektində uzun müddətdir orada yaşayan azərbaycanlı qətlə yetirilib.

Virtualaz.org Ukrayna mənbələrinə istinadən xəbər verir ki, qətl fevralın 6-da gecə baş verib. Azərbaycanlını “Vimpel” barından bir az aralıda öldürüblər. Odessa polisinin verdiyi məlumata görə, ona iki bıçaq zərbəsi vurulub.

Şahidlər deyiblər ki, 32 yaşlı azərbaycanlı bardan çıxıb, öz “Mercedes”inə oturub, bu zaman ona üç nəfər hücum edib. Hücum edənlər azərbaycanlını avtomobildən sürüyüb çıxarıblar, döyüblər və daha sonra sinəsindən iki bıçaq zərbəsi ilə soyuqqanlılıqla öldürüblər.

“Onlar qorxmurdular ki, birdən kimsə bu cinayəti görər. Yaxınlıqda videomüşahidə kameraları da var, ancaq onlar çəkinmirdilər”, - şahidlərdən biri deyib.

Məlum olub ki, öldürülən azərbaycanlı xeyli vaxtdır Ukrayna vətəndaşlığı daşıyırdı.

Xeberdar.net

Odessada 32 yaşlı azərbaycanlını öldürdülər

  • 7-02-2016, 15:25
  • 513


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. İqbal Ağazadə koronavirusdan ölən baş redaktordan yazdı: "Füzulimi yaddaşlara köçürən son oğlan"
  2. Elman Abbasov: "Proseslərin bu şəkildə davam etməsi ciddi problemlərə gətirib çıxara bilər"
  3. "Ölkədə durum o qədər ciddiləşməkdədir ki, hər hansı kiçik bir hadisədən belə hər an böyük bir proses baş verə bilər" - Hürrü Əliyev
  4. "Boş boş şüarlar və pafoslu çıxışlarla özlərində siyasi lider obrazı yaradıb milləti yola verməklə məşğuldurlar."- HÜRRÜ ƏLİYEV
  5. Təhsil Naziri Ceyhun Bayramova MÜRACİƏT…
  6. 30 iyunda gözlənilən hava şəraiti
  7. Qobustanda taxıl biçini davam etdirilir - FOTOLAR
  8. Bakıda Mağazaları yoxlayan dəstə peyda olub - FOTOLAR
  9. Polis əməliyyat keçirdi, saxlanılanlar var –DİN
  10. Azərbaycan Hərbi Dəniz Qüvvələrinə yeni komandan təyin edilib
«    İyul 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MARAQLI