Gürcüstan hakim partiyasının sədri etirazçıların tələblərindən birini qəbul edib –Açıqlama

666 24-06-2019, 12:40 cemiyyet

Gürcüstan hakim partiyasının sədri etirazçıların tələblərindən birini qəbul edib –AçıqlamaGürcüstanda 2020-ci ildə parlament seçkiləri proporsional seçki sistemi ilə keçiriləcək.

Bu barədə Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının sədri Bidzina İvanişvili bildirib.

Onun sözlərinə görə, bu barədə qərar ölkənin üzləşdiyi problemlərlə bağlı verilib.

Partiya sədri parlament seçkilərinin sıfır seçki baryeri şəraitində keçiriləcəyini deyib.

Qeyd edək ki, parlament seçkilərinin proporsional seçki sistemi ilə keçirilməsi etirazçıların tələblərindən biri olub. /Report

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс

XƏBƏR LENTİ