REKS TİLLERSON AĞ EVİN “GİZLİ HÖKUMƏTİ” HAQQINDA:"Trampın kürəkəni məndən xəbərsiz xarici siyasət yürüdüb"

REKS TİLLERSON AĞ EVİN “GİZLİ HÖKUMƏTİ” HAQQINDA:"Trampın kürəkəni məndən xəbərsiz xarici siyasət yürüdüb"“Əl-Cəzirə”, 28.06.2019


ABŞ-ın keçmiş dövlət katibi Reks Tillerson bildirib ki, prezident Donald Trampın kürəkəni ondan xəbərsiz diplomatik fəaliyyət yürüdüb və bu, bir sıra utancverici hadisələrə səbəb olub.

2018-ci ilin mart ayında Trampın istefaya göndərdiyi Tillerson Nümayəndələr Palatasının Xarici Siyasət Komitəsində keçirilən dinləmələrdə çıxış edib. O, Cared Kuşnerlə bağlı hadisələri açıqlayıb.

“ExxonMobil”-ın baş direktoru və sabiq ABŞ diplomatı deyib ki, gözlənilmədən eyni restoranda Kuşner və Meksikanın xarici işlər naziri Luis Videqarayın birlikdə nahar etməsinin şahidi olub.

Tillerson həmin vaxtadək meksikalı vəzifədaşının ABŞ paytaxtında olduğunu bilməyib.

Reks Tillerson hadisənin şahidi olduqdan sonra təbəssümlə meksikalı vəzifədaşını salamlayıb, bundan sonra Luis Vieqaryın üzü allanıb.

“Ona dedim: “Söhbətinizə mane olmaq istəmirəm. Amma növbəti dəfə Vaşinqtona gəlməzdən əvvəl mənə zəng et”.



Qətərin blokadası

Tillerson, həmçinin 2017-ci il iyunun 5-də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreynin Qətəri blokadaya aldıqlarını bildikdə, müdafiə naziri Cim Mattis ilə pərt olduqlarını söyləyib.

Demə, Kuşner və Trampın digər müşaviri Stiv Bannon iki həftə əvvəl, mayın 20-də Səudiyyə Ərəbistanı və BƏƏ liderləri ilə gizli bir naharda blokadaya dair məlumat alıblar.

Tillerson Komitə qarşısına çıxana qədər bu gizli nahardan bixəbər olub.

O çox qəzəbləndiyini söyləyib.
REKS TİLLERSON AĞ EVİN “GİZLİ HÖKUMƏTİ” HAQQINDA:"Trampın kürəkəni məndən xəbərsiz xarici siyasət yürüdüb"
Sabiq dövlət katibi deyib ki, blokadanın “regionda öz təhlükəsizlikləri üçün təhdid olduğunu” dörd ölkənin nümayəndələri ilə görüşdə söyləyib, lakin Səudiyyə və BƏƏ nümayəndələri bundan əvvəl ABŞ hökumətinə blokadaya dair planı açıladıqlarını gizləyiblər.

Kuşnerlə Səudiyyə Ərəbistanı Krallığı şahzadəsi Məhəmməd bin Salman (MBS) arasında əlaqələrdən danışarkən, Tillerson “bu cütlük arasında bir çox ümumi cəhətlər var”, – deyib və Kuşnerin ABŞ səfirliklərindən məsləhət almadan Krallığa və Yaxın Şərqdəki digər bölgələrə səyahət etdiyini bildirib.

Onun sözlərinə görə, Kuşnerin bu səfərləri ilə bağlı məsələni qaldırıb. Ancaq vəziyyət dəyişməyib və iş daha da çətinləşib.

Ədliyyə Nazirliyinin sabiq rəsmisi Brüs Feyn “əl-Cəzirə”yə deyib: “Prezident yalnız Ağ Evdən xarici siyasət yürütdüyü zaman bu, gizli hökumətdir, lakin ikihakimiyyətlilik deyil”.

Tramp haqqında danışan Tillerson, prezidentin rəftarının nitqinə uyğun olmadığını, xarici siyasət hesabatlarını oxumadığını və ya hər şeyin detallarını öyrənmək istəmədiyini söyləyib.

Tillersonun 13 aylıq dövlət katibliyinə Trampın bir tviti ilə son qoyulub.

Tramp onu “intizamsız”, “daş kimi kütbeyin” adlandırıb.

Tərcümə: Strateq.az

REKS TİLLERSON AĞ EVİN “GİZLİ HÖKUMƏTİ” HAQQINDA:"Trampın kürəkəni məndən xəbərsiz xarici siyasət yürüdüb"

  • 28-06-2019, 11:34
  • 108


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI