Turizm, S-400, iqtisadi-ticari məsələlər… –Ərdoğan-Putin müzakirəsi

603 1-07-2019, 12:20 dunya

Turizm, S-400, iqtisadi-ticari məsələlər… –Ərdoğan-Putin müzakirəsiİyunun 29-da «Böyük iyirmiliyin» Osaka şəhərində keçirilən sammiti çərçivəsində Rusiya və Türkiyə prezidentləri Vladimir Putinlə Rəcəb Tayyip Ərdoğan arasında görüş keçirilib.

Söhbətin əvvəlində Rusiya lideri 2018-ci ildəki ikitərəfli əmtəə dövriyyəsi sahəsindəki artıma diqqət yetirib – 16 faiz.

«Biz, sizinlə birlikdə bilirik ki, ölkələrimiz arasında investisiyaların həcmi kifayət qədər yüksəkdir – hər tərəfdən 10 milyard dollar. Və indi hesab edirəm ki, bunu sürətləndirmək lazımdır – biz, 900 milyon avroluq investisiya platformasının hazırlanması məsələsini həll edirik. Bizim nəhəng layihələrimiz reallaşdırılır – onları sadalamaq istəmirəm, təkrar etməyəcəm, onlar hamımıza məlumdur. İyulda gözlənilən Beynəlxalq «İnnoprom» sərgisində (Ekaterinburqda) Türkiyənin həmkar ölkə qismində iştirakı mümhüm hadisə olacaq. Əlbəttə, turist həcmi artır, ötən il 6 milyonlan artıq turist Rusiyadan Türkiyəyə gedib, rekord göstəricidir. Onlar təbii ki, xəsislik etmirlər, dincəlməyi bacarırlar – türkiyəli həmkarların gəliri 5 milyard dollar təşkil edib…» – Putin sadalayıb.

Türkiyə prezidenti isə öz növbəsində, bildirib ki, ölkəsinə S-400 zenit-raket sisteminin (ZRK) tədarükü məsələsində heç bir gecikmədən söhbət gedə bilməz.

«Biz, S-400 sisteminin tədarükü prosesini izləməkdə davam edirik. Onu də qeyd etmək istəyirəm ki, bizim üçün prioritet əhəmiyyətli olanı, bizim hərbi-texniki əməkdaşlığımız üçün ilk növbədə, böyük əhəmiyyət daşıyan texnologiyanın ötürülməsi də daxil, birgə istehsaldır. Mən anladığım qədərində, bu tədarük prosesində hər-hansı gecikmə yoxdur» – Ərdoğan bildirib.

Prezident bildirib ki, Rusiya-Türkiyə qarışıq iqtisadi komissiyasının növbəti iclası Türkiyədə keçiriləcək. Onun sözlərinə görə, rusiyalıların turizm məsələsində Türkiyəyə marağı günbəgün artır ki, bu da yerli industriya üçün əlavə stimuldur.

«2023-cü ildə «Akkuyu» AES-nın birinci mərhələsinin istifadəyə veriləcəyi məsələsi də böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, biz ona da böyük əhəmiyyət veririk ki, qeyri-nüvə avadanlıqları Türkiyə bazarından təmin olunsun…» – Ərdoğan qeyd edib.

Prezidentlərin görüşü 1 saata yaxın davam edib.

XƏBƏR LENTİ