Beyləqanda xəyanət faciəsi:qadın və kişi intihar edib, 1 nəfərin qulaqları kəsilib

Beyləqanda xəyanət faciəsi:qadın və kişi intihar edib, 1 nəfərin qulaqları kəsilibBeyləqan rayonunda ərinə iki nəfərlə xəyanət edən qadın intihar edib.

“Report”un Qarabağ Mərkəzinin məlumatına görə, hadisə rayonun Birinci Şahsevən kəndində baş verib.

Həmin kəndin ərazisində yerləşən uşaq bağçasında aşpaz işləyən N.Həsənova əri tərəfindən bağçanın gözətçisi Füzuli rayonunun Əhmədbəyli kənd sakini G.Baxşəliyev ilə birlikdə yataqda tutulub. Hadisədən sonra qadın rayonun İkinci Şahsevən kəndində yerləşən ata evinə qaçıb və orada özünü asaraq intihar edib. Onunla birlikdə yataqda tutulan G.Baxşəliyev isə Füzuli rayonunun Əhmədbəyli kəndinə qaçıb və o da özünü asaraq intihar edib.

Hadisədən sonra qadının əri R.Həsənov arvadının daha bir şəxslə – həmkəndlisi E.Elyarovla intim münasibətinin olduğunu öyrənib. Bu səbəbdən sözü gedən şəxslər arasında mübahisə olub. Mübahisə zəminində R.Həsənov arvadı ilə intim münasibətdə olduğunu etiraf edən E.Elyarovu bıçaqlayaraq qulaqlarını kəsib.

E.Elyarov xəstəxanaya çatdırılıb.

R.Həsənov isə Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa cəlb edilib.

Faktla bağlı bir neçə maddə ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Beyləqanda xəyanət faciəsi:qadın və kişi intihar edib, 1 nəfərin qulaqları kəsilib

  • 1-08-2019, 12:35
  • 177


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  2. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
  10. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI