Fərman Ceyranlı İnterpol xətti ilə axtarışa verilib

Fərman Ceyranlı İnterpol xətti ilə axtarışa verilibAzərbaycan hüquq-mühafizə orqanları “Lanset” klinikasının həmtəsisçisi, cərrah Fərman Ceyranlı İnterpol xətti ilə axtarışa verib.

Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1957-ci il təvəllüdlü Fərman Ceyranlı insan orqanlarının və ya toxumalarının qanunsuz transplantasiyasında təqsirli bilinir.

Azərbaycan hüquq-mühafizə orqanları F.Ceyranlının barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Qeyd edək ki, 2017-ci ilin may ayında F. Ceyranlı Gürcüstanda saxlanılıb. F. Ceyranlının həmtəsisçisi olduğu “Lanset” klinikası ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib. Müraciətdə klinikada qanunsuz orqan transplantasiya əməliyyatının icra edildiyi və bu əməliyyatlar zamanı iki nəfərin öldüyü bildirilib. F. Ceyranlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə ittiham olunub. 2018-ci ilin fevral ayında məhkəmənin qərarı ilə F. Ceyranlı 6 il müddətinə azadlıqdan məhrum olunub. 2018-ci ilin dekabr ayında isə Gürcüstan Apelyasiya Məhkəməsinin qərarı ilə F. Ceyranlı barəsində 6 il azadlıqdan məhrumetmə cəzası 2 il 3 ayadək azaldılıb. Onun 2 il 3 aylıq cəzası bu ilin avqust ayında başa çatır.

Xatırladaq ki, Azərbaycan DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi Gürcüstanda həbsdə olan F. Ceyranlını beynəlxalq axtarışa verib. Onun axtarışa verilməsi barədə elan DİN-nin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında yerləşdirilib. F. Ceyranlı barəsində Azərbaycan Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

Fərman Ceyranlı İnterpol xətti ilə axtarışa verilib

  • 1-08-2019, 18:27
  • 143


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  2. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
  10. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI