ABŞ-ın Rusiyadakı səfirliyinin müşaviri XİN-ə çağırılıb –İcazəsiz aksiyalara görə

ABŞ-ın Rusiyadakı səfirliyinin müşaviri XİN-ə çağırılıb –İcazəsiz aksiyalara görəABŞ-ın Rusiyadakı səfirliyinin müşavir-elçisi Tim Riçardson Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Moskvada razılaşdırılmamış aksiyalar barədə yazı ilə bağlı diplomata təqdimat verilib.

Bundan əvvəl səfirliyin saytında və Dövlət Departamentinin Konsulluq məsələləri üzrə idarəsinin rəsmi “Twitter” səhifəsində avqustun 3-də Moskvada keçirilən razılaşdırılmamış mitinqin sxemi yerləşdirilib və yürüşdə iştirakdan çəkinmək məsləhət görülüb.

XİN bunu aksiya iştirakçılarının lehinə təşviqat və Rusiyanın daxili işlərinə qarışmaq cəhdi kimi dəyərləndirib.

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, rəsmi Moskva ABŞ və Almaniya hökumətlərini diplomatlarının Rusiyanın daxili işlərinə qarışması ilə bağlı məlumatlandıracaq.

Qeyd edək ki, iyulun 14, 27-də və avqustun 3-də Rusiyanın paytaxtı Moskvada icazəsiz aksiyalar keçirilib. Nəticədə 1700 şəxs saxlanılıb. /APA

ABŞ-ın Rusiyadakı səfirliyinin müşaviri XİN-ə çağırılıb –İcazəsiz aksiyalara görə

  • 9-08-2019, 14:16
  • 114


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. ABŞ 17 şirkətə sanksiya tətbiq edib –Ermənistanın iki şirkəti də bu siyahıdadır
  2. DÜNYA RUSİYANIN DAĞILMASINA HAZIR OLMALIDIR! – “Ən yaxşısı onun daxildən dağılmasını gözləməkdir”
  3. “Pilotu və təyyarənin “qara qutu”sunu tapa bilmirlər”
  4. Sumqayıtda Rusiya vətəndaşını qətlə yetirən şəxs tutulub – RƏSMİ
  5. Mehriban Əliyevanın adından istifadə edərək əhalinin rahatlığını pozan şirkət kimindir?
  6. “BU BƏYANAT AÇIQ MÜHARİBƏ ELANIDIR…” – “Təcili səfərbərlik elan olunmalıdır!”
  7. Nazirlik dərman firmasının cərimələnməsi üçün məhkəməyə müraciət edib
  8. ABŞ-dan İrana etiraz –Dövlət Departamenti hicab məhbuslarının məhkum olunmasını pisləyir
  9. Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA
  10. BÖLGƏDƏ TEKTONİK TƏRPƏNİŞLƏR BAŞLASA, NAXÇIVANI NƏLƏR GÖZLƏYİR –Türkiyə və İranın Naxçıvan uğrunda manevrləri nədən xəbər verir? – Təhlil
«    Avqust 2019    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MARAQLI