Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANA

689 15-08-2019, 14:37 cemiyyet

Yaxın iki gündə Günəş fəallığı çox aşağı səviyyədə qalacaq-RƏSƏDXANAAzərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası avqustun 15-nə olan kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan verilən məlumata görə, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diski ləkəsizdir.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunub. Günəş küləyinin sürəti ortalama 450 km/san olub.
Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=1, 2).
Kosmik hava proqnozuna əsasən, avqustun 15 – 17-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə ilk gün (15 avqust) Günəş küləyi parametrlərinin sakit rejimə uyğun olacağı, 16 avqustdan etibarən tac dəliyindən çıxan yüksək sürətli axınlar effektinin geoeffektivliyi səbəbindən nisbətən güclənəcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə ilk gün (15 avqust) sakit şərait (Kp=1, 2) proqnozlaşdırılır. Növbəti proqnoz günü (16 avqust) CH HSS effekti geoeffektiv olacağından nisbətən fəallıq (Kp=2, 3) müşahidə olunacaq. Sonuncu proqnoz günü (17 avqust) yenidən çox sakit şərait (Kp=1, 2) hökm sürəcək. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 1%-dən aşağı qiymətləndirilir.

XƏBƏR LENTİ