Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar

Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar20 avqust 2019- cu il tarixində Almaniyanın Deggendorf şəhərində qaçqınların məskunlaşdığı lagerdə azərbaycanlılarla afrikalılar arasında baş verən kütləvi dava ilə bağlı cinayət işi başlanılıb.

Bakupost xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev məlumat verib. Kütləvi davada iştirak edən bir neçə sığınacaq tələbi olan şəxsin deportasiyası planlaşdırılır. Həmin şəxslərin sığınacaq istəyi ilə bağlı müraciətlərinin təcilli araşdırılmasına başlanılıb. Bu barədə Bavariyanın Daxili İşlər Nazirliyinin cümə axşamı Münhendə mətbuata verdiyi açıqlamada bildirilib.

"Hadisədə təqsiri olanlar qanunun aliliyinin tam ciddiliyi ilə məsuliyyətə cəlb olunacaqlar" deyə Daxili İşlər naziri Yoahim Herrmann (CSU) bildirib. O, səlahiyyətli orqanları günahkarların təcilli olaraq deportasiya edilməsinə çağırıb. Miqrasiya və Qaçqınlar üzrə Federal İdarədə cinayətə meyilli sığınacaq axtaranlar və onların geri qaytarılmasını qiymətləndirən xüsusi işçi qrup yaradılıb.

Bildiririk ki, çərşənbə axşamı günü axşam Nigeriya və Azərbaycandan olan 30-a yaxın sığınacaq axtaran şəxs arasında kütləvi dava baş verib. Xeyli vaxt davam edən əlbəyaxa davada hər iki tərəfdən xəsarət alanlar olub. Binaya ciddi ziyan dəyib. Polisin məlumatına görə, üç mühafizəçi və iki polis daxil olmaqla ən azı 10 nəfər yaralanıb.
Yalnız bölgədəki polis idarəsi əməkdaşlarının və federal təhlükəsizlik xidməti polisinin müdaxiləsindən sonra vəziyyəti sakitləşdirmək mümkün olub.

Prokurorluğun məlumatına görə, 8 şübhəli şəxs müvəqqəti həbs olunub. Bir nigeriyalı və iki azərbaycanlı haqqında həbs qətimkan tədbiri seçilib. Digər 5 sığınacaq axtaran şəxs sərbəst buraxılıb.

Asayişin pozulmasına və vəzifəli şəxslərə qarşı müqavimət və hücum faktına görə cinayət işi başlanılıb və araşdırma aparılır.

Qeyd edək ki, Deggendorfdakı düşərgədə bu ilk belə hadisə deyil. Ötən il sığınacaq axtaran 29 yaşlı şəxs oraya deportasiya üçün gələn məmurlara və polislərə hücum etmişdi.

Xeberdar.net

Almaniyada azərbaycanlıların davası ilə bağlı cinayət işi başlanıldı - Deportasiya olunacaqlar

  • 23-08-2019, 13:52
  • 107


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI