DYP sürücülərə müraciət edib –Havaların isti keçməsi ilə bağlı

DYP sürücülərə müraciət edib –Havaların isti keçməsi ilə bağlıDövlət Yol Polisi (DYP) havaların isti keçməsi ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Baş Dövlət Yol Polisi İdarəsindən daxil olan müraciətdə deyilir:

“Avqust ayının 26-dək ölkə ərazisində havaların isti keçəcəyi barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatı nəzərə alaraq DYP sürücülərdən və nəqliyyat vasitələri sahiblərindən özlərinin və sərnişinlərin təhlükəsizliyinin təmin olunması məqsədi ilə günün isti vaxtlarında fərdi nəqliyyat vasitələri ilə, xüsusilə soyuducu sistemlərlə təchiz olunmamış, istismar müddəti çox olan köhnə avtomobillərlə mümkün qədər uzaq məsafəli səfərlərə çıxmamalarını xahiş edir.

Vacib hallarda kondisionerli marşrut avtobuslarından istifadəyə üstünlük verilməsi, soyuducu sistemi olmayan fərdi minik avtomobillərindən istifadə etmək zərurəti yarandığı halda isə yalnız günün nisbətən sərin vaxtlarında istifadə edilməsi tövsiyə olunur.

Eyni zamanda sürücülərimiz yuxusuz, yorğun, əzgin halda sükan arxasına əyləşməsinlər. Bir neçə saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa avtomobili saxlayıb istirahət etmək tövsiyə olunur. Bir daha xatırladırıq ki, bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərlər”.

Xeberdar.net

DYP sürücülərə müraciət edib –Havaların isti keçməsi ilə bağlı

  • 23-08-2019, 17:44
  • 144


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Təbiət və nəğməkar şair, ictimai xadim, evdə övladları üçün xəzri küləyi qədər sərt olan vətənpərvər Türkün doğum günüdür
  2. “Bəyaz Diş” klinikasında dişi bəyazlaşdırırlar bəs... – Ruslan Əliyev haqqında cinayət işi nə üçün açılıbmış?
  3. “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
  4. Sabahın hava proqnozu açıqlanıb
  5. Ümid Partiyası “21 Azər” Hərəkatının 74-cü ildönümü münasibətilə soydaşlarımızı təbrik etdi
  6. NATO-da Türkiyəyə etimad problemi yaranıb –Nə baş verəcək?
  7. Əri həbsdə olan qadın iki azyaşlı körpəsini ataraq evdən qaçıb
  8. Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri bəyanat yayıb
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MARAQLI