“Azərnerji” ASC-nin Prezidenti Balababa Rzayev “media”-nı susdurur?! – FOTO -VİDEO

1 089 28-08-2019, 13:56 cemiyyet

“Azərnerji” ASC-nin Prezidenti Balababa Rzayev “media”-nı susdurur?! – FOTO -VİDEO
Azərbaycan İstilik Elektirik Stansiyasında yenidənqurma və təmir işləri aparan podaratçı şirkətlərdən birinin işçisi faciəvi şəkildə dünyasını dəyişib.Belə ki,Mingəşevir şəhər sakini 1985-ci il təvəllüdlü Sənan Yəhyayev 6000 kv-lıq transformatorun şitinə daxil olub və yüksək gərginlik səbəbindən tamamilə yanıb.Bir qədər sonra hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə cəsəd Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasının morquna gətirlib.Cəsədə baxış keçiriləndən sonra aidiyyatı üzrə ailəsinə təhvil verilib.

Hadisə şahidlərinin verdiyi məlumata görə, təmir-quraşdırma aparılan tranasformatorun şitində gərginliyin olub-olmaması barədə mərhum Sənan Yəhyayevin məlumatı olmayıb.Dəqiq desək O, aidiyyatı üzrə şirkətin sahəyə cavabdeh şəxsləri tərəfindən məlumatlandrılmayıb.

Onu da qeyd edək ki, dünyasını dəyişmiş SənanYəhyayevlə yanaşı, ona kömək etməyə çalışan iş yoldaşı da yanıq xəsarətləri alıb.Saytımıza məlumat verən mənbə onu da iddia edib ki,təmir-bərpa işləri aparan podaratçı şirkət “Azərenerji” ASC-nin prezidenti Balababa Rzayevin qardaşına məxsusdur.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda AR.CM-nın müvafiq maddələri ilə cinayət işi açılıb,hadisənin baş vermə səbəbləri araşdırılır.

Xatırladaq ki,təxminən 21-22 gün əvvəl daha bir nəfər işçi də yüksək gərginlik olan xətdə təhlükəsizlik qaydaları çərçivəsində davranmaması və rəis heyyətinin məsuliyyətsizliyi ucbatından ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.Diqqət çəkən məqamlardan biri odur ki, hadisə mətbuatdan və ictimaiyyətdən gizlədilib.Görəsən, hər zaman operativliyi ilə diqqət çəkən hüquq-mühafizə orqanlarının da bu hadisədən xəbəri olmayıb? Azerses.Az

XƏBƏR LENTİ