Bərdədə ərşə qalxan Vidadi İsayev zülmü: hökumət üçün SOS – Faktlar

712 28-08-2019, 14:00 gundem

Bərdədə ərşə qalxan Vidadi İsayev zülmü: hökumət üçün SOS – FaktlarHakimiyyət o qədər məsuliyyətsiz deyil ki, zülm ərşə qalxan əyalətlərdə zalım idarəçiliyə səbr kasası daşana qədər göz yumsun. Arzuolunmaz keçmiş, təcrübə, bədxahların fürsətcilliyi iqtidara böyük dərslər verib.

Quba hadisələri, İsmayıllı nümunəsi, Gəncədəki sui-qəsd hökumətə unudulmaz ibrət qazandırıb. Hakimiyyət dərk eləyib ki, yerlərdə əhalini incidənləri axıra qədər vəzifədə saxlamaq olmaz.

Onlara görə hökumətin başı ağrayır, altını iqtidar çəkir və tənqidlər yerli idarəçilərə yox, mərkəzə tuşlanır. Belə gedişatlardan biri və SOS siqnalı çalınan ünvan Bərdə rayonudur.

Reportyor.info-nun verdiyi xəbərə görə, rayon ziyalılarının “Məktəb” qəzetində bəyanatı qeyd-şərtsiz addım atmağa vadar edir.

Bərdə ziyalıları həyəcan təbili çalırlar, vəziyyətin həssaslığını diqqətə çatdırırlar və bəyanatla tanışlıq zamanı aydın olur ki, tələsmək lazımdır, yubanmaq işi ağırlaşdıra bilər.

Və Gəncə, Quba, İsmayıllı kimi hadisələr Bərdədə istisna deyil. Ona görə ki, rayonun icra başçısı Vidadi İsayev bütün zümrələri təngə gətirib.

Ziyalıların bəyanatında deyilir ki, Vidadi İsayev Heydər Əliyevə və İlham Əliyevə xəyanətlər edib.Hətta ziyalılar onun həbsini tələb edir.

Onların dediyinə görə, məhkəmə qərarı olmadan şəhid ailəsinin evini sökdürüb, ailəyə dəyən zərəri ödəməyib.

Söhbət şəhid Dilqəmin ailəsindən gedir. Sonra Bərdədə şəhidlər üçün düzəldilmiş guşəni dağıtdırıb, şəkillərini gecə zibilxanada basdırıb.

Bu nalayiq münasibət Bərdəni ayağa qaldıra bilər və əhalinin səbri tükənməkdədir. İqtidar texnoloqları təcili vəziyyəti dəyərləndirməlidirlər.

Ziyalılar qeyd edirlər ki, bərdəli olan yerli kadrları işdən kənarlaşdırılıb, ayrı-ayrı rayonlardan özü kimi “işləyən”lər vəzifələrə gətirilib.

Sitat: “Bu cahil başçı Bərdənin şair qızı, Bərdə rayon Təhsil Şöbəsinin müdiri olmuş Rəhilə İsmayılovanı çərlətdi,qadın dünyasını dəyişdi”.

Bəyanat yetərincə həssaslıq tələb edir, ölkə başçısının yanvardan başladığı köklü islahatlar, sosialyönümlü dəyişikliklər kursuna daban-dabana ziddir.

Üstəlik, V.İsayevlə bağlı dövlət rəhbərliyini bu dəfə ayrı-ayrı şikayətçilər, haqqı pozulmuş sakinlər yox, Bərdənin ziyalıları məlumatlandırırlar.

Reportyor.info xəbər verir ki, hər rayonda 20 Yanvar abidəsi var. Fəqət Bərdədə olan abidəbütün bölgələrdən möhtəşəmliyinə görə seçilirdi.

Amma rayonun başına qara bəla gəlmiş V.İsayevin tamahkarlığı ucbatından 20 Yanvar abidəsi yerlə-yeksan olunub, mərməri, şveyleri, almaturları qəhətə çıxıb.

Onun şəhid ailələrinə hörmətsizliyi, qapıdan qovdurması da bu “siyasətin” tərkib hissəsidir.

Beləliklə, prezident və Bərdənin kuratoru, eləcə də Prezident Administrasiyasında təhlilçilər hesablamalıdırlar ki, proses hara qədər dərinə işləyib.

Yəni, söhbət maddi çətinlik, işsizlik, torpaqların satılması, sahibkarın incidilməsində deyil, Bərdənin icra başçısı məhz mənəvi sütunları dağıdır, əhalinin həssas nöqtələrinə zərbələr endirir, insanların heysiyyatına toxunur, camaatı qızışdırır.

Şəhidin evini sökdürmək, ailəsini qovmaq, köçkünü dinləməmək, şəhidlik guşəsini, abidəsini sökdürmək…nə deməkdir bunlar?

V.İsayev prezidentin bölgədə səlahiyyətli nümayəndəsidir, onu və iqtidarı təmsil edir. Amma təmsilçilik belə olur?

Axı Gəncədə inanclıları aşağılayan Elmar Vəliyevin hansı həssas dayaqlara hücumlar endirməsi də göz qabağındaydı, İsmayıllıda millətin var-yoxunu söyən məmur balasının qudurğanlığına olan reaksiya da məntiqliydi?!

Olmaz, əhali özbaşınalığa, rüşvətə, saxta məhkəmə qərarına dözər, amma onun şah damarına toxunanda nəticələri bu cür olur.

O baxımdan Bərdə ziyalılarının bəyanatı, o cümlədən sadalanan faktlar narahat doğurmaya bilməz. V.İsayevin fəaliyyəti tezliklə təftiş olunmalıdır.

Reportyor.info onu da xəbər verir ki, heç nəyə hörmət qoymayan V.İsayev tərəfindən Bərdədə mədəniyyət sarayı da darmadağın edilib.

Sarayın içində 97 otaq, idman salonu, tamaşaçılar üçün 1-ci mərtəbədə 1200 nəfərlik, ikinci mərtəbədə 500 nəfərlik tamaşa salonu, hər salonun böyük səhnələri varıydı.

Salonlarda, iki gözləmə salonunda çox qiymətli çılçıraqlar olub. Səhnələrdə qiymətli stollar, stullar aparılıb. İcra başçısı sarayı sökdürəndə əvvəl 97 göz otaq olan qiymətli mebelləri gecələr daşıdıb.

Sarayda bilyard stolu, çilçıraqların hamısıgecə daşıdıb. Eləcə də Nizami klubu dağıdılıb. Beləcə, şəhidə hörmət qoymayan məmurdan mədəniyyətə qayğı gözlənmək də absurddur.

Habelə, 9 nömrəli betonzavodda hər növbədə üç min fəhlə işləyirdi. İsayev bu zavodu da sökdürüb, avadanlıqlarını gecədaşıdıb.

Və həmin icra başçısıdır ki, stomatoloji kabinetlərin işinə xitam verib, xəracını aldıqdan sonra fəaliyyətlərini bərpa edib.

Bərdə şəhərinin daxilində zavodlardan dəmir yola relslər uzanırdı. O, dəmir relsləri də sökdürüb gecələr daşıtdırıb. O, Bərdəyə gələn kimi Nizami küçəsinin adını götürdü.

Nizaminin heykəlini götürüb gizlətdi, Nizami adına məktəbin üstünü, tavanını, pəncərələrini, qapılarını yığışdırdı.

V.İsayevin əməlləri, hakimiyyətin özünə ziyan vurmaqda olan fəaliyyəti barədə faktlar tükənməzdir.

Onun tərəfindən dövlətçilikdən xəbəri olmayan, öz şəxsi mənafelərini üstün tutan, səriştəsiz insanlara yüksək vəzifələr verir.

Bütün bunlar Bərdədəki SOS vəziyyəti çılpaqlığı ilə ortaya qoyur.

Bizsə V.İsayevin və PA rəsmilərinin mövqeyini dərc etməyə hazırıq.

Xeberdar.net

XƏBƏR LENTİ