Jurnalisti döyən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

698 29-08-2019, 17:09 kriminal

Jurnalisti döyən şəxs barəsində həbs qətimkan tədbiri seçilibJurnalisti döyən şəxs məhkəmə qarşısına çıxarılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, ictimai qaydanı kobud surətdə pozmaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan xuliqanlıq hərəkətlərinə yol verərək Bakı şəhər sakini Zülfüqar Xeyirxəbərova bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmiş Seymur Mustafazadəyə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

XƏBƏR LENTİ