İraqda iki kütləvi məzar aşkarlanıb –12 min insan dəfn edilib

637 2-09-2019, 12:24 dunya

İraqda iki kütləvi məzar aşkarlanıb –12 min insan dəfn edilibİraqda insanların kütləvi şəkildə dəfn edildiyi iki məzar aşkar edilib.

Bu barədə İranın İnsan Hüquqları üzrə Ali Şurasının nümayəndəsi Əli Əl-Bəyati mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, hər iki məzarda 12 min insanın qətlə yetirilərək dəfn edildiyi məlum olub. Məzarların tapıldığı ərazilər İŞİD terrorçu qruplaşmasının işğalı altında olan ərazilərdir. Onun sözlərinə görə, 2014-cü ildə adıçəkilən terrorçu qruplaşma İraqda 1200 adam oğurlayıb, onlardan 600-ü qadın, 120-si isə uşaq olub. Ümumilikdə 7 min insanın oğurlanması faktı sübut edilib. Hazırda onların axtarışı davam edir.

Xatırladaq ki, 2014-cü ildə İŞİD qruplaşması İraqın ərazisinin 30 faizini işğal edərək 2 il ərzində nəzarətində saxlayıb. Bu müddət ərzində həmin ərazilərdə insanlığa sığmayan cinayətlər törədilib. (AZƏRTAC)

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс

XƏBƏR LENTİ