Baş onkoloq xərçəng xəstələrinin çoxalmasının 3 səbəbini açıqladı...

707 5-09-2019, 10:38 cemiyyet

Baş onkoloq xərçəng xəstələrinin çoxalmasının  3 səbəbini açıqladı...“Onkoloji xəstəliklərin inkişafının əsas katalizatorları siqaret, alkoqol və papilloma virusudur”.

Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, bunu Rusiya Səhiyyə Nazirliyinin baş ştatdankənar onkoloqu Andrey Kaprin Şərq İqtisadi Forumu zamanı jurnalistlərə açıqlamasında deyib.

"Anlamaq lazımdır ki, xərçəngin törəməsində təxminən 15% bizim genotipimiz günahkardır və qalan hər şey bizim həyat tərzindən asılıdır. Bunu Ümumdünya Səhiyyə Təşkilatı da sübut edib”, - A.Kaprin çıxışında bildirib.

Onkoloq vurğulayıb ki, xərçəngin törənmə şansını artıran əsas amillər arasında siqaret, həddindən artıq spirt istehlakı və insanın papilloma virusu(İPV (HPV - Human papillomavirus) geniş yayılmış və cinsi yolla yoluxan infeksiyanı (CYYİ) törədən virusdur) var.

Mütəxəssis əlavə edib ki, kimyəvi maddələr də onkoloji xəstəliklərə də səbəb ola bilər (məsələn, asbest və ya hər cür boyadıcılar). Baş onkoloqun sözlərinə görə, bəzi hallarda qırmızı ətin həddindən artıq istehlakı da xərçəngin inkişafı üçün münbit zəminə çevrilə bilər.

Sultan Laçın

XƏBƏR LENTİ