“ƏGƏR MÜXALİFƏTİ TƏQİB ETSƏNİZ…” – Putin Zelenskiyə xəbərdarlıq etdi

“ƏGƏR MÜXALİFƏTİ TƏQİB ETSƏNİZ…” – Putin Zelenskiyə xəbərdarlıq etdiRusiya prezidenti ukraynalı həmkarına xəbərdarlıq tipli çağırış edib.

“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Vladimir Putin Vladivastokda keçirilən iqtisadi forumdakı çıxışı zamanı növbəti dəfə Ukraynanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilən açıqlamalar verib.

Belə ki, Rusiya prezidenti Ukraynanın hazırkı hakimiyyətini müxalifəti təqib etməkdə günahlandıraraq, bunun yaxşı nəticələr verməyəcəyini söyləyib: “Əgər bugünkü hakimiyyət müxalifəti təqib etməyə başlasa, bundan hər hansı bir yaxşı nəticə əldə olunmayacaq”.

Putin qeyd edib ki, Ukraynadakı müxalifət seçkidə əhalinin böyük hissəsinin dəstəyini qazanıb. Rusiya prezidenti hesab edir ki, Ukrayna müxalifəti ölkə konstitusiyası çərçivəsində fəaliyyət göstərmək hüququna malikdir: “Mənim fikrimcə, onların öz konstitusion hüquqlarından istifadəsinə mane olmaq böyük səhv olardı…”

Putin ilk dəfə deyil ki, “qardaş” Ukraynanın daxili siyasətinə yönəlik açıqlamalar verir. Onun bu dəfəki üstüörtülü təhdid xarakterli fikrləri də təsadüfi deyil. Çünki hazırda Ukraynada əsas müxalif qüvvə parlamentdəki rusiyayönümlü “Müxalif Platforma” sayılır. Bu siyasi təşkilat son parlament seçkilərində 23 faiz səs və 43 deputat kreslosu qazanıb. Bu nəticə ilə sözügedən qurum seçkidə və parlamentdə Zelenskinin hakim partiyasından sonra ikinci yeri tutub.

Lakin Ukraynada “Müxalif Platforma”-nın rəhbərliyinin və gerçək sahiblərinin Kremlə bağlılığı heç kimdə şübhə doğurmur. Bu siyasi təşkilatın rəhbərlərindən olan Viktor Medvedçuk Rusiya rəhbərliyilə sıx əlaqələrini heç gizlətmir də. Medvedçuk dəfələrlə Ukrayna torpaqlarını işğal edən Rusiyanın istər prezidenti, istərsə də baş nazirilə təkbətək görüşlər keçirib. Ümumiyyətlə, onun Ukraynada birmənalı olaraq, Rusiyanın maraqlarını müdafiə etdiyi bu ölkədə hər kəsə məlumdur.

Putinin son təhdidi isə sözügedən siyasi qüvvəyə qarşı Ukraynanın yeni rəhbərliyi tərəfindən səsləndirilən fikirlərlə bağlıdır. Belə ki, prezident Vladimir Zelenski özü son açıqlamalarının birində “Müxalif Platforma”nın xaricdən maliyyələşdiyini bildirib. Təbii ki, həmin xarici qüvvə də Rusiyadır. Bu isə sözügedən partiyaya qarşı qanunla ciddi tədbirlər görülməsinə imkan yaradır. Putin də öz növbəsində, təbii olaraq, bu perspektivdən narahatdır.

Yeri gəlmişkən qeyd edək ki, Ukrayna rəhbərliyinin müxalifəti sıxışdırmaq niyyətindən və bunun qanuna zidd olduğundan danışan Putinin öz ölkəsinin paytaxtında son dövrdə müxalifətin seçki saxtakarlığına etiraz əlaməti olaraq keçirdiyi kütləvi aksiyalarda etirazçılara qarşı güc tətbiq edilib, minlərlə aksiyaçı saxlanılıb, onların bir çoxuna hətta uzun müddətli həbs cəzası kəsilib.

Baxmayaraq ki, Rusiya Konstitusiyasında yer alan müddəalardan biri də sərbəst toplaşmaq azadlığı ilə bağlıdır.

“ƏGƏR MÜXALİFƏTİ TƏQİB ETSƏNİZ…” – Putin Zelenskiyə xəbərdarlıq etdi

  • 5-09-2019, 17:23
  • 176


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  2. Ramana köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi
  3. Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği – CƏDVƏL
  4. Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
  5. Şamaxıda direktordan şəhidə hörmətsizlik – Foto
  6. Yanğın və Səbəbləri
  7. Deputat Musa Quliyev:"Siyavuş Novruzovun əlində fakt varsa, hüquq-mühafizə orqanlarına təqdim etsin"
  8. Stadiona buraxılmayan, özünü yandıran qadın ölüb –İranda
  9. Dinozavrları məhv edən meteoritin dünya ilə toqquşduğu gün nə baş verib? –Araşdırma
  10. Məşhur əxlaqsızlıq yuvasını işlədənlər hakim qarşısında- ikisi qardaşdı
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI