Sevinc Abbasovanın məhkəməsi başlayıb

Sevinc Abbasovanın məhkəməsi başlayıbEhtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəmə başlayıb.

Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesə jurnalistlər və ictimaiyyət nümayəndələri buraxılmayıb.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib./APA/

Sevinc Abbasovanın məhkəməsi başlayıb

  • 12-09-2019, 10:48
  • 50


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Aydın Canıyev yazır: "İbrahim İbrahimlini, Pənah Hüseyni AXCP-dən uzaqlaşdırmağını çözsəniz, 90-cı illərin lətifəsini xatırlayarsınız: Şeytan Heydər Əliyevə deyir e,"
  2. Sürgündə Güney Azərbaycan Parlamenti və Dövlət
  3. Ramana köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi
  4. Sabaha olan hava proqnozu
  5. “SÖZLƏRİMİN ÜSTÜNDƏ DAYANIRAM!…” – “Bu dövlət üçün canımı qoymuşam…”
  6. Müxalifət Moskvada hakimiyyətə şərik oldu – Dumada yerlərin yarısına sahib çıxıblar
  7. “YAP-ın VƏ İLHAM ƏLİYEVİN MÖVQEYİNİ ƏKS ELƏTDİRMİR…” – Əli Həsənovdan Eldar İbrahimova cavab
  8. Gəncədə İstintaq Təcridxanasında intihara cəhd olub
  9. Diaqnostik imtahandan keçən müəllimlərin maaşlarının məbləği – CƏDVƏL
  10. Əli Kərimlinin mühafizəçisi həbs edildi – Məhkəmə
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MARAQLI