Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO

647 16-09-2019, 11:32 bolge / gundem

Balakəndə iqtisadi sabotajı kimlər edir: 100 min tonlarla məhsul məhv olub-VİDEO"Dövlət kənd təsərrüfatına çox böyük dəstək, yardım göstərir. Güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar, texnika verilir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə dünya miqyasında fermerlərə dəstək baxımından ən qabaqcıl ölkələrdən biridir. Həm də onlardan vergilər də tutulmur, torpaq vergisi istisna olmaq şərti ilə. Yəni, bu sahəyə maksimum dəstək verilir.”
Bu sözləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Realliqda bəs necədir? Gəlin təkcə Balakənin timsalında vəziyyətə baxaq, görək prezidentə hər şeyin əla olması baradə yalan statistikanı kim verir, bu rayonda tütün əkən fermerlərin kütləvi bankrot olmasına, dövlətdən incik düşmələrinə səbəb kim olur? Hansə məmurlala iş birliyi nəticəsində bankrot olan fermerlər onlara kredit verən bankların girovuna çevrilib var yoxdan çıxır.
Fermerlərə dəstək verən prezidentin əksinə gedən cinayətkar dəstə üzvləri kimlərdir?
Bilirik ki, Balakəndə kənd təsərrüfatının əsas sahələrindən biri tütünçülükdür.
"Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı” qəbul olunub ki, bu da tütünçülüyün inkişafına dövlət dəstəyinin gücləndirilməsi, bu sahənin potensialından səmərəli istifadə edilməsi, sahibkarların tütün istehsalına marağının artırılmasını nəzərdə tutur.



XƏBƏR LENTİ