Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO

Qobu Park  köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə  təlim keçirildi+FOTO

Bu gün, (17.09.2019) Bakı şəhəri Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Qobu Park köçkün qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin həyata keçirdiyi “Məcburi Köçkünlər üçün İcma Mərkəzinin yaradılması”layihəsi çərçivəsində Qobu Park köçkün qəsəbəsində növbəti təlim keçirildi.
Təlimi təşkilatın sədri Taleh Əliyev açaraq bildirdi ki, “Həyata keçirdiyimiz bu layihə çərçivəsində qarşıya qoyulmuş vəzifə Bakı şəhəri ərazisində məcburi köçkünlər üçün yeni salınmış beş qəsəbədə mövcud infrasturukturun qorunub saxlanılması, cari problemlərin daxili imkanlar hesabına həll edilməsi, yerli və beynəlxalq humanitar təşkilatların, həmçinin donorların maliyyə dəstəyi ilə bu qəsəbələrdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına dəstək olmaq üçün icma mərkəzi yaradılacaq. İnanırıq ki, təlimlərdən sonra bu qəsəbələrin hər birində icma mərkəzi yaradılacaq və bu qəsəbələrdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılmasına dəstək olmaq üçün müvafiq addımlar atılacaq.
Sonra layihənin eksperti Rəfail Tağızadə icma haqqında ümumi nəzəri məlumat verdikdən sonra icmanı necə yaratmaq olar və Qobu Park köçkün qəsəbəsində yaradılacaq icmanın əsas fəaliyyət istiqaməti necə olmalıdır mövzusunda təlim iştirakçıları ilə praktik müzakirələr aparıldı. Sonda Qobu Park köçkün qəsəbəsində məcburi köçkünlərin icma mərkəzi yaradılması üçün təlim iştirakçılarından ibarət təşəbbüs qrupu yaradıldı.
Təlim nahar fasiləsi ilə yekunlaşdı.
Xatırladaq ki, layihə çərçivəsində Bakı şəhəri ərazisində yeni salınmış 5 məcburi köçkün qəsəbəsinin ( Müşviqabad köçkün qəsəbəsi, Masazır köçkün qəsəbəsi, Ramana köçkün qəsəbəsi, Kürdəxanı köçkün qəsəbəsi və Qobu Park Yaşayış Kompileksi) hər birində icma mərkəzi yaratmaq planlaşdırılır.

Xberdar.net


Qobu Park  köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə  təlim keçirildi+FOTO
Qobu Park  köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə  təlim keçirildi+FOTO
Qobu Park  köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə  təlim keçirildi+FOTO
Qobu Park  köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə  təlim keçirildi+FOTO
Qobu Park  köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə  təlim keçirildi+FOTO
Qobu Park  köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə  təlim keçirildi+FOTO
Qobu Park  köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə  təlim keçirildi+FOTO
Qobu Park  köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə  təlim keçirildi+FOTO

Qobu Park köçkün qəsəbəsində yaşayan məcburi köçkünlərə təlim keçirildi+FOTO

  • 17-09-2019, 16:27
  • 180


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Universitetin sabiq müəllimi ADMİU-də baş verənlərlə bağlı Prezidentə müraciət etdi- ŞOK FAKTLAR
  2. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  3. Keçmiş Maliyyə nazirindən Baş nazir dəyişikliyinə şərh:"İndiki həssas dönəmdə onun təyinatı təsadüfi deyil"
  4. "Qrunt suları torpaqları sıradan çıxarır, Meliorasiya heç bir İŞ GÖRMÜR" - GİLEY
  5. “Beynində yüz tülkü” olan “rus çarı” və başı İraqa qarışmış Ruhani:100 MİNLİK TÜRK GÜCÜ SURİYADA SON SÖZÜNÜ DEMƏYƏ HAZIRLAŞIR – Təhlil
  6. Sıra icra başçılarına çatdı... - Ələmə gözlənilir...
  7. “NƏ PULUMUZU QAYTARIR, NƏ DƏ EV VERİR…” – “Gedib ofisində tapırıq, lakin dərhal “aradan çıxır”
  8. Paşinyan 3 saatlıq məxfi görüş keçirdi...-İşğalçı rejim gərginlikdə...
  9. “Qarabağ Azərbaycandır!” Hərəkatı yaratmalıyıq” – Əli Əhmədov
  10. Təsəvvüf, Vəhdəti-vücud və An-i daimin qısa şərhi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI