«Avropa siyasətçiləri Ukraynadan yorulublar» - Estoniya prezidenti

604 19-09-2019, 16:00 dunya

«Avropa siyasətçiləri Ukraynadan yorulublar» - Estoniya prezidenti«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Estoniyanın prezidenti Kersti Kalyulayd bəyan edib ki, Avropa İttifaqında (Aİ) artıq Ukraynadan yorulublar. Belə ki, korrupsiya bu ölkəni udur.

Siyaətçinin sözlərinə görə, Kiyev illərdir ki, Avropadan kömək almasına baxmayaraq orada nə rüşvətxorluğa, nə də oliqarxiyaya qalib gəlmək mümkün olmayıb («Avropa həqiqati»).

Estoniyalı siyasətçi ümid edir ki, Pyotr Poroşenkonun prezident kreslosunu Vladimir Zelenskiyə uduzmasından sonra, sonuncu Ukraynanın inkişaf ahəngini yüksəltməyə və «nəticələri Avropa İttifaqına göstərməyə» nail ola biləcək. O, qeyd edib ki, Ukraynada korrupsiyanın bünövrəsi məhz Poroşenkonun prezidentliyi dövründə qoyulub.

Ukraynanın problemləri təkcə iqtisadiyyat sahəsində «gizlənmir». Artıq 5 ildir ki, Donbasdakı hərbi münaqişə yatırılmayıb. Poroşenko müharibəyə son qoymaq vədləri üzərində hakimiyyətə gəldi, amma bundan sonra bu işlə Zelenski məşğul olasıdır.

Dostlar, gəlin «kollektiv surətdə» fəxr edək ki, nəinki təkcə Avropa, dünya da hələlik bizdən «yorulmayıb». Görünür, Azərbaycanda korrupsiya və rüşvətxorluq yoxdur…

XƏBƏR LENTİ