Vurğun Əyyub son mənzilə yola salınır-FOTO

827 24-09-2019, 17:12 cemiyyet

Vurğun Əyyub  son mənzilə yola salınır-FOTO
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olmuş, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin 1-ci müavini Vurğun Əyyub son mənzilə yola salınır.

Dostları, yaxınları vidalaşdıqdan sonra mərhum Hövsan qəsəbəsindəki "Dədə Qorqud" qəbiristanlığında dəfn olunmnağa aparılır.

Qeyd edək ki, V.Əyyub uzun müddət idi ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi…O, bu gün vəfat edib.

Vurğun Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olub. 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəhbərlik edib. 15 noyabr 1992-ci ildə ilk dəfə test üsulu ilə rüşvətsiz tələbə qəbulunun keçirilməsini təmin edib. Bu islahatı 100% ədalətli təşkil etməklə Vurğun Əyyub AXC-Müsavat hökumətinin ən böyük tarixi ugurlarından birini gerçəkləşdirib.
1992-ci ildən Müsavat Partiyası Bərpa Mərkəzinin üzvü, 1997-ci ildən partiyanın Baş katibi olub, 2001-ci ilin may ayında keçirilən 6-cı Qurultayında partiyanın nizamnaməsindəki dəyişikliyə uyğun olaraq katiblik müavinliklə əvəz olunub və V.Əyyub Müsavat başqanının 1-ci müavini təyin edilib.
2014-cü ilə Müsavatda rəhbərlik dəyişəndən sonra V.Əyyub partiyanın Məclis üzvlüyündən çıxarılıb və sıravi üzv kimi qalıb.
2015-ci ildə Vurğun Əyyub tanınmış iqtisadçı Qubad İbadoğlunun rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Hərəkatı sədrinin 1-ci müavini seçilib.
Allah rəhmət eləsin.
Vurğun Əyyub  son mənzilə yola salınır-FOTO
Vurğun Əyyub  son mənzilə yola salınır-FOTO
Vurğun Əyyub  son mənzilə yola salınır-FOTO
Vurğun Əyyub  son mənzilə yola salınır-FOTO
Vurğun Əyyub  son mənzilə yola salınır-FOTO

XƏBƏR LENTİ