Güllü Eldar Tomarlı: “Kəlağayıdan uzaqlaşmaq öz keçmişimizdən uzaqlaşmağa bənzəyir”

Güllü Eldar  Tomarlı: “Kəlağayıdan uzaqlaşmaq öz keçmişimizdən uzaqlaşmağa bənzəyir”

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın 8 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixində Parisdə keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu sessiyasında YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilmiş "Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması"dır. Beləliklə 26 Noyabr Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunmağa başlayır.
A nənəmin nənəsinnən gələn üz aydınlığım!
A babamın babasının öz ömür-gün sirdaşına hədiyyə elədiyi gözəllik və yaraşıq mücəssəməsi!
A Dədəm Qorqudun boyu uzun Burla Xatuna cehiz verdiyi ipək yaylıq!
A minillərdən bəri on gözəlliyin üzük qaşı olan cehiz xonçasının ən dəyərlisi, səni bütün zamanların hər zamanında hər kəs göz bəbəyi kimi qoruyub baş tacı kimi öz başına örtüb. Bir az qeyrət ölçüsü kimi, urvat ölçüsü kimi ömrümüzə xoş məqamlar veribsən. Sənin hüzurunda davalar yatıb, qanlılar barışıb.

Analar Vətəni, yurdu qorumaq üçün, namusa ləkə gəlməmsi üçün səni əllərində tutub, and içdirib və ərlərini, övladlarını namusumuzu qorumağa göndərib. Sən, o qədər ulusan, o qədər müqəddəssən ki, hər zaman lazımsan və gərəksən. Dünən də varsan, bu gün də varsan, sabah da varsan.
Qız nəvələrimiz nənələrinnən dəstir götürər və səni yenə başlarına tac edərlər.
Qoy bütün dünyaya məlum olsun ki, səni bir bayraq kimi hər zaman başımız üzərində dalğalandıracaq və milli şərəf kimi yaşadacağıq.
"Aşıq Pəri İnciləri" nin üzvləri olaraq unudulmağa və tərk edilməyə qoymayacağımız milli sərvətlərimizdən biri olan kəlağayını ( butalı, yelənni,noxudu, qoşa butalı, şah butalı, ipək ) yaşatmağa çalışacağıq. Qoy dünyanın hər yerinə bir daha yayılsın ki, saz bizim olduğu kimi kəlağayı da bizimdi. Biz onu gələcək nəsillərə həm milli baş örtüyü kimi, həm də gözəllik simvolu kimi təqdim edirik.

Nənələrdən ərmağandı,
Analardan bir nişandı.
Bu gün mənə yaraşandı,
Sərvətimizdi kəlağay.
Güllü Eldar  Tomarlı: “Kəlağayıdan uzaqlaşmaq öz keçmişimizdən uzaqlaşmağa bənzəyir”
Kəlağayı qadınlarımızın xanım xatunluğunun nişanəsidir. Qadınlarımızı daha əzəmətli, daha vüqarlı, daha qürurlu göstərir. Kəlağayını örtüb başında tac edən, özünə yaraşdıran qadın örnək olmalıdır. Kəlağayı keçmişimizin minillərdən bəri bizə ərmağan elədiyi ən ulu dəyərlərimizdən birinin simvoludur. Forma nə qədər dəyişsədə, zaman nə qədər dəyişsədə kökə-soya bağlılığımız dəyişməzdi heç zaman. Başı kəlağayılı analarımızın bizlərə laylasında, nağılında boyu görünüb kəlağayının. Xanımlığımızın, xatınlığımızın yaraşığıdır kəlağayı. Kəlağayıdan uzaqlaşmaq öz keçmişimizdən uzaqlaşmağa bənzəyir.
Nədənsə, son dönəmlər kəlağayıya münasibət xeyli dəyişib. Elə bil kəlağayıdan uzaqlaşmaq bir növ dəb olub. Amma, o dəb özümüzün özümüzdən uzaqlaşmağımızdı.
Nə yaxşı, bizlər bu gün nənələrimizin ətri olan kəlağayını əziz tuturuq. Kəlağayını "Aşıq Pəri Məclisi"ndə yetərincə təbliğ edirik.
Kəlağayıdan yazmaq, kəlağayını yada salmaq milli-mənəvi dəyərlərimizin özümüzə qayıtmasına xidmət edir. Mən inanıramkı, gələcək qız- gəlinlərimizin başında tac olacaq. Mən inanıram ki, kəlağayılar yaddan çıxıb sandıqlarda unudulmayacaq.

Güllü Eldar Tomarlı.
Mirvarid Dilbazi Məclisinin sədri,
Aşıq Pəri Məclisinin bədii rəhbəri, publisist şair.

  • 25-09-2019, 11:50
  • 581

Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  2. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  3. Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA
  4. Lənkəran şefi biznesə girişib... - İDDİA
  5. “ZARAFATCIL OĞLANLAR”IN ZƏNGİ:senatoru dolayan ruslar ABŞ-Türkiyə əlaqələrinə dair sirləri faş edib
  6. Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər –FOTO
  7. Yatmış vəziyyətdə olan arvadının başına qantellə vurub öldürən şəxs həbs edilib
  8. Beyləqanda ər arvadını boşandığı üçün öldürüb
  9. DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO
  10. “Barış Pınarı” əməliyyatı:Türkiyə ordusu 13 kəndi PYD/YPG-dən azad etdi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI