Xüsusi amansızlıqla adam öldürməyə cəhd edən "komendant" niyə azadlıqdadır?

Xüsusi amansızlıqla adam öldürməyə cəhd edən "komendant" niyə azadlıqdadır?



"Yeni Bakı" şəhərciyinin sakinləri təşviş içərisindədirlər.

Abşeron rayonu, Masazır kəndi, "Yeni Bakı" yaşayış kompleksinin sakinləri olaraq biz bu günlərdə yenidən təşviş içərisindəyik. Buna səbəb yaşayış kompleksinin idarəetməsini uzun illər qeyri-qanuni şəkildə həyata keçirmiş komendant Ehtiram Yusifovun 27 aprel, 2019-cu il tarixində törətdiyi cinayət işinə görə saxlanılmasından sonra yenidən azadlığa buraxılmasıdır. Xatırlatma üçün deyək ki, Ehtiram Yusifov qeyd etdiyimiz tarixdə yaşayış kompleksinin ərazisində ev alqı-satqısı ilə məşğul olan 3 nəfərə "Vinçester" markalı odlu silahdan atəş açmış, onları öldürməyə cəhd göstərmiş, lakin iradəsindən asılı olmayaraq, bu cinayəti məqsədinə uyğun tamamlaya bilməmişdi. Nəticədə hər üç şəxs ayaq, qarın və döş nahiyyələrindən çoxsaylı qırma yaraları almışdılar. Ölkə mediasında geniş şəkildə işıqlandırılan və ictimaiyyət tərəfindən böyük rezonans doğuran bu hadisədən dərhal sonra hüquq-mühafizə orqanları Ehtiram Yusifovu saxlamış və onun barəsində CM-nin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdı.
Xüsusi amansızlıqla adam öldürməyə cəhd edən "komendant" niyə azadlıqdadır?
Açığı, Ehtiram Yusifovun saxlanılması uzun illər bu şəxsin qanunsuz və qeyri-etik hərəkətlərindən əziyyət çəkən insanlar kimi biz sakinləri bir qədər rahatlatdı. Düşündük ki, nəhayət cəmiyyət üçün zərərli və təhlükəli olan Ehtiram Yusifov yaşadığımız cəmiyyətdən təcrid olunur və biz də öz evimizdə rahat şəkildə yaşamaqda davam edəcəyik. Çünki bu adam "Yeni Bakı" y/k-nə komendant təyin olunduğu gündən etibarən sakinlərə qarşı çox kobudluqlar edib, insanları nümayişkaranə şəkildə təhqir edib, alçaltmağa cəhd göstərib, hətta sakinləri gecə yarısı "razborka"ya çağırmaqdan belə çəkinməyib. Məqsədi sakinləri qorxu altında saxlamaqla şəhərcikdən kommunal xərclər adı altında qeyri-qanuni ödənişlər toplamaq idi. Bu ödənişləri ödəməkdən imtina edən sakinlər isə xüsusi "qara siyahı"ya salınır və onlara qarşı daha amansız addımlar (bıçaqla hədələmə, həftələrlə evin elektrik enerjisi ilə təminatını dayandırma və s.) atılırdı. Biz də bu barədə müvafiq dövlət qurumlarına - Abşeron RİH-ə, Abşeron Rayon Polis İdarəsinə, Abşeron Rayon Prokurorluğuna - dəfələrlə yazılı və şifahi məlumatlar vermişik. Aprel ayının 27-də baş vermiş məlum hadisədən sonra bizim nə qədər haqlı olduğumuz hər kəsə bəlli oldu.
Lakin təəssüflər olsun ki, Ehtiram Yusifov kimi təhlükəli adamın cəmiyyətdən təcrid prosesi uzun çəkmədi. Bu günlərdə o, yenidən şəhərcikdə peyda olub. Onun hansı şərtlər altında həbsdən buraxıldığı bizə aydın deyil. Bizi narahat edən yeganə məqam belə bir təhlükəli adamın yenidən şəhərcikdə at oynatmağa başlamasıdır. Hüquq-mühafizə orqanlarını bu məsələyə həssas yanaşmalarını, növbəti cinayətlərin baş verməməsi üçün müvafiq addımlar atmalarını xahiş edirik.

"Yeni Bakı" şəhərciyinin sakinləri

Xüsusi amansızlıqla adam öldürməyə cəhd edən "komendant" niyə azadlıqdadır?

  • 25-09-2019, 12:00
  • 598


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  2. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  3. Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA
  4. Lənkəran şefi biznesə girişib... - İDDİA
  5. “ZARAFATCIL OĞLANLAR”IN ZƏNGİ:senatoru dolayan ruslar ABŞ-Türkiyə əlaqələrinə dair sirləri faş edib
  6. Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər –FOTO
  7. Yatmış vəziyyətdə olan arvadının başına qantellə vurub öldürən şəxs həbs edilib
  8. Beyləqanda ər arvadını boşandığı üçün öldürüb
  9. DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO
  10. “Barış Pınarı” əməliyyatı:Türkiyə ordusu 13 kəndi PYD/YPG-dən azad etdi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI