MƏQSƏD SƏTTAROV KİMDİR? (3-cü yazı)

995 27-09-2019, 13:32 kose / cemiyyet

MƏQSƏD  SƏTTAROV  KİMDİR?    (3-cü yazı)
İkinci məqalədə göstərmişdik ki, Məqsəd müəllim sünni və şiələrin kompakt yaşadıqları bölgələr haqqında statistik rəqəmlər də göstərmişdir. Dini ayin və mərasimlərə, bayramlara mürtəcü damğası vurur və bunların tezliklə aradan qaldırılmasını arzulayır. Qadınlara qarşı feodal-bəy münasibətlərindən, onların təhqir olunmasından, kiçik yaşlı qızların zorla özlərindən 10-20 yaş böyük kişilərə ərə verilməsindən, nikahsız ailə qurulmasından və sairədən danışır
Dini qalıqların aradan qaldırılması üçün aşağıdakılara əməl etməyi zəruri sayır:elektrikləşdirmə və kimyalaşdırmanın həyata keçirilməsinə, kənd təsərrüfatında maşınlardan, aqrotexniki elmin nailiyyətlərindən istifadə vəs.-yə Habelə tibbin imkişafını, xalq maarifi, elm və mədəni quruculuq sahəsindəki tədbirləri, kitabxanaların sıx şəbəkəsinin yaradılmasını, radiolaşmanı və sairəni də buraya daxil edir. Yuxarıda qeyd edildiyi kimi, hər əsər respublikada dini qalıqlar, onların yaşamasının obyektiv səbəbləri, dini qalıqların sosializm quruculuğuna mənfi təsiri, dini qalıqların aradan qaldırılmasının yollarına həsr olunmuşdur.
Məqsəd Səttarovun “ İslam dinində modernizasiya” əsəri 1971-ci ildə nəşr olunmuşdur. Burada müəllif göstərir ki, mühafizəkarlıq, öz ehkamlarını, adət-ənənələrini qoruyub saxlamaq bütün dinlərə xasdır. Lakin heç bir din özünün ilkin vəziyyətində qalmır. İnsanların, ictimai həyat şəraitinin inkişafı ilə, insan təcrübəsinin artıb zənginləşməsi ilə əlaqədar olaraq dini etiqadlar da dəyişmiş, müxtəlif formalar almışdır. Müasir dövr4də də elmi-texniki tərəqqinin, ictimai həyatın inkişafının təsi ilə bağlı olaraqdində də müxtəlif dəyişikliklər baş verir.
Məsələn, hələ orta əsrlərdə islam dini bəzi dəyişikliyə məruz qalmışdı. Kapitalist münasibətlərinin təşəkkülü zamanında isə islam dini daha ciddi dəyişikliklərə məruz qaldı. Babizm və bəhaizm təriqətləri islamı yeni dövrün ruhuna uyğunlaşdırmaq məqsədilə dini təbliğatı genişləndirdilər. Bəhaizmin əsasını qoyan Mirzə Əli Məhəmməd özünün “Bəyan” əsərində müsəlmanlara demokratik hüquqlar verilməsini, yeni dövrün tələblərinə uyğun gəlməyən , köhnəlmiş Quran ayələrinin, ehkamlarının atılmasını, dini ayinlərin sadələşdirilməsini, qadınların çadra örtüyündən azad olunmasını, onlara münasibətdə kobudluğa yol verilməməsini və başqa tələbləri irəli sürdü.
XX əsrin əvvəllərində islamda islahatçılıq cərəyanı xeyli qüvvətlənmiş oldu. 1917-ci ilin mayında müsəlmanların Moskvada çağırılmış qurultayı islamı yeniləşdirmək məsələsini müzakirəyə qoydu. Natiqlərin çoxu şəriətin bir sıra qaydalarının yeni dövrün tələbləırinə cavab vermədiyi üçün onun məzmununda bəzi dəyişikliklərin ediulməsini irəli sürdü. Qurultay qadınların kişilərlə bir hüquqda olduğunu elan etdi, ictimai işlərdə iştirak etməyə icazə verdi,çoxarvadlılığı pislədi. Nəzəriyyəçilər belə bir həqiqəti başa düşdülər ki, lslam hökmən yeniləşməlidir. İndi bütün müsəlman ölkələrində islamı modernizə etməıyə cəhd edənlər vardır. Bəs bu modernizasiyanın mahiyyəti və səbəbi nədir? Modernist ilahiyyatçılar belə düşünürlər ki, islam indi də insanlıq üçün faydalıdır. Ona görə də islamı daha da inkişaf etdirmək, ictimai həyatın yeni prisipləri ilə zənginləşdirmək zəruridir. Köhnə islam ehkamları aradan qaldırılmalıdır.
İndi SSRİ-də də islamda modernizasiya gedir, çünki ölkəmiz kütləvi ateizm ölkəsidir. Bu o deməkdir ki, əhalinin əksəriyyəti islam ruhanilərinin təsiri altından çıxmışdır, din getdikcə zəifləyir. Müəllif bu fikrini təsdiq üçün çoxlu misallar gətirir. Qeyd edir ki, islam ideoloqları artıq belə bir qənaətə gəliblər ki, özləri ilə elm arasında olan səddi aradan götürsünlər, elmə yaxınlaşsınlar, elmlə sazişə girsinlər və s.
İlahiyyatçılar həm də belə iddia edirlər ki, müasir elmin bünövrəsini Quran qoymuşdur. Quran hər şeyi əhatə edir.Hətta elmin yüksələ bilmədiyi zirvələrə belə qalxacaqdır. Amma bizə məlumdur ki, Quran insanın iradə azadlığını inkar edir, insanların həyat və fəaliyyətini allah idarə edir.Onun razılığı olmadan dünyada heç bir hərəkət, inkişaf, dəyişilmə baş verə bilməz.
Modernist ilahiyyatçıların fikrincə, islamla kommunizm arasında heç bir ziddiyyət yoxdur, deməli, onları asanlıqla birləşdirmək olar. Həm də sübut etməyə çalışırlar ki, guya onların əxlaqi nəsihətləri sovet adamlarının əxlaq prinsipi ilə üst-üstə düşür. Bunu təsdiq üçün dini kitablarınoğurluq etməyin, yalan danışmağın, adam öldürməyin günah olması barədə xəbərdarlığını misal gətirirlər.
Müasir modernist ilahiyyatçılar iddia edirlər ki, dinsiz əzlaq yoxdur, əxlaq normalarının mənbəyi dindədir. İslam insanları pis işləırdən, qeyri-əxlaqi hərəkət və davranışlardan çəkindirir, onlarda nəəcib və yüksək əxlaqi keyfiyyətlər tərbiyə edir. Modernistlərin bir çoxu Məhəmmədi ən böyük reformator, inqilabçı, insanları yanılmalardan çəkindirən və həqiqət yoluna çıxaran, ideal ictimai quruluşun prinsiplərini, saf əxlaq qaydalarını formülə edən ilk şəxsiyyət kimi tərifləyirlər.
Məqsəd Səttarovun Q.Xəlilovla birgə yazdıqları “ Şəriətin mahiyyəti və qalıqları” adlı kitabçası 1973-cü ildə nəşr olunmuşdur, 47 səhifədən ibarətdir. Şəriət islamın etiqad ehkamlarını , hüquq, əxlaq və davranış qaydalarını özündə birləşdirən feodal müsəlman hüququdur. Müsəlman ilahiyyatçıları şəriətin əsil mahiyyətini pərdələmək üçün onu ilahi mənşəyə bağlayır və bütün dövrlər üçün dəyişilməz elan edirlər. Əslində isə şəriət müxtəlif ərəb qəbilə və tayfalarının ibtidai icma quruluşundan sinifli quruluşa keçdiyi şəraitdə mərkəzləşmiş ərəb dövlətlərinin yaranması ilə birlikdə təşəkkül tapmışdır.
Sonra əsərdə Məhəmmədin Məkkədən Mədinəyə köçməsi, ölümü, Əbubəkir, Ömər, Osman və Əlinin xəlifəlik illərindən qısaca məlumat verilir. Qeyd olunur ki, əslində müsəlman hüququ hesab edilən şəriət Məhəmməddən xeyli sonra yaradılıb başa çatdırılmışdır. Bu fikirdən sonra Qiran və onun mahiyyəti haqqında izahat verilir. Quranın xəlifə Osmanın vaxtında toplanıb vahid kityab çəklinə salınması, sünnənin tərifi və sair barədə danışılır: “ Məhəmmədin hərəkətlərini, şəxsi həyat tərzini, müxtəlif hadisələrə onun münasibətini, hətta onun simasını belə hər hansı bir hərəkətə nümunə kimi qiymətləndirmək şəklində olurdu ki, bu hərəkətlər haqqında söylənilənlərin məcmusuna da s ü n n ə deyilirdi.
Quran şəriətin birinci , sünnə isə ikinci mənbəyi hesab edilir. Quranda cavab tapılmayan hadisələrə sünnə ilə çavab verilirdi. Bir sözlə, sünnə “ allahın kəlamlarını” tamamlamaq vəzifəsini görürdü.
Dörd şəriət məktəbi olmuşdur:1).Malik ibn Ənəsin (715-795), 2).Əbu Hənifənin (700-767), 3. Şafiinun (767-820), 4.Əhməd ibn Hənbəlin (780-855). Bu şəriət məktəbləri bir-birindəndini və hüquqi məsələlərə bir qədər rasional olan müqayisəli metodu tətbiq etdiklərinə görə fərqlənirdilər.
Bunlardan Hənifilər və Şafiilər qiyas, icma və yerli adətlərdən daha çox istifadə etdikləri halda, Malikilər və Hənbəlilər Quranın və sünnənin hər hansı bir şəkildə olursa-olsun, sərbəst izahı əleyhinə çıxırdılar, dinə yenilik(bidət) gətirmək tərəfdarı deyildilər.
İbn Hənbəlin fikrinə görə, qanunun mənbəyini yalnız müqəddəs rəvayət təşkil etməlidir. Qısaca bu məktəblərin təmayülü belə ifadə oluna bilər. Malikilər və Hənbəlilər qanuna (şəriətə) daha çox əməl edirdilərsə, Hənifilər və Şafilərin ruhuna daha çox əhəmiyyət verirdilər.
Müsəlmanların şiə cərəyanı sünni şəriət məktəbinin təlimini qəbul etmir. Onlar altıncı imam Cəfər ibn Məhəmməd Sadiqi (700-765) öz hüquqi məktəblərinin banisi hesab edirdilər. Burada deyilir: “ Şəriət islam dini yayılmış bütün ölkələrdə əsrlərdən bəri feodalların, varlı tacirlərin və müsəlman ruhanilərinin mənafeyini müdafiə etmişdir”.
Məqsəd müəllim K.Marks və F Engelsdən sitat gətirərək yazır : “Quran və ona əsaslanan müsəlman qanunvericiliyi bütün dünya xalqlarının coğrafiya və etnoqrafiyasını iki hissəyə bölür, sadə və əlverişli formul halına salır:müsəlmanlar və müsəlman olmayanlar. Müsəlman olmayanlar “kafirdirlər”, “düşməndirlər”. İslam müsəlman olmayan millətləri məlun hesab edir və müsəlmanla müsəlman olmayanlar arasında düşmənçilik vəziyyəti yaradır”.
Müəllif bütün əsər boyu şəriət və onun qanunlarının, təlimlərinin, adət-ənənələrinin əleyhinə çıxış edir, onu təmin edə biləcək heç bir müsbət hal görmür və görmək də istəmir. Əgər o, sovet hökumətinin rəhbəri olsa idi, yəqin ki, bütün müsəlmanları ermənilər kimi ya od vurub yandırar, ya da dənizdə boğdurardı.
Hörmətli professor yazır: “ Şəriət xüsusi mülkiyyəti çox böyük hərisliklə müdafiə edərək, oğurluq edənlərə qarşı ciddi cəza verilməsini tələb edirdi. Birinci dəfə oğurluq edənin sağ biləyi kəsilməlidir, təkrar oğuluq edənin sağ ayağı kəsilməlidir. Oğurluğa qarşı bu cür cəza tədbirləri , şübhəsiz ki, birinci növbədə xüsusi mülkiyyətin qorunmasını nəzərdə tutur. Burada müəllifin gəldiyi qənaət çıxardığı nəticədüzgün deyil. Oğru təkcə mülkiyyət sahiblərindən oğrlamır, ona lazım olan bir şeyi istədiyi zaman hər kimdə olsa, oğurlaya bilər. İstər xüsusi mülkiyyət sahibi olsun, istər qeyri-mülkiyyət sahibi, onun üçün fərqi yoxdur, təki istədiyini əldə edə bilsin. Cinayətkarlığın qarşısını almaq üçün ən ciddi cəza tədbirləri görülməlidir.
Müəllif deyir ki, şəriətə görə dini cəzalar verilən zaman cəza alan şəxs ölərsə, buna heç kəs cavabdeh deyildir. Kitabçada şəriətin mahiyyətini təşkil edən Üsuli-din və fürui-din, onların əhatə etdilkləri məsələlərdən , allahın birliyi, onun ədalətli olması barədə, imamlardan, peyğəmbərlərdən, miaddan, oruc, namaz, xüms, zəkat, həcc haqqında, habelə, kəlmeyi-şəhadət və onun mahiyyəti, mənası, allaha inam, ona şərik qoşmağın günah olması-kafir adlandırılması haqqında uzun-uzadı danışılır.
Lakin belə bir səhv fikir də söylənilir ki, padşaha da şərik qərar vermək şəriətə görə günahdır, allaha şərik vermək mənziləsindədir. Bu admlar kafir, mürtəd adlanır. Belə bir fikrə, mülahizəyə heç yardə, heç bir kitabda rast gəlinməyib. Kitabçada habelə, alın yazısı, qəzavü qədərə inam, behişt, cəhənnəm, axirət dünyası, məhşər, Quranda qadına münasibət, qadın hüququ, kişilərin qadından üstünlüyü, vərəsəlikdə onların alçaldılması, nikah və təlaq (boşanma) məsələləri, siğə, sünnət adəti və sairə ciddi tənqid atəşinə tutulur və köhnəliyin qalıqları kimi pislənilir.
Məqsəd Səttarovun “İnkişaf etmiş sosializmin ictimai strukturunda baş verən dəyişikliklər” adlı kitabçası 1975-ci iləd nəşr olunmuşdur. Kitabça 43 səhifə, “Giriş” və üç paraqrafdan ibarətdir.
1. Ölkəmizdəfəhlə sinfinin ictimai inkişafı
2.Kolxozçu kəndlilərin inkişafı.
3.İnkişaf etmiş sosializmin ictimai strukturunda ziyalıların yeri
“Giriş”də göstərilir ki, siniflərin, ictimai təbəqə və qrupların məcmusu, onlar arasında yaranan əlaqə və münasibətlər sistemi cəmiyyətin ictimai-sinfi strukturunu təşkil edir. Cəmiyyətin ictimai strukturu, onun məzmun və xarakteri istehsal üsulundan asılıdır. Maddi nemətlərin istehsal üsulunda baş verən dəyişikliklərdən, bir istehsal üsulunun digəri ilə əvəz olunmasından asılı olaraq, cəmiyyətin ictimai strukturu da dəyişir, yeni istehsal üsulunu təbiətinəı uyğun olanictimai strukturun yeni forması təşəkkül tapır.” (səh.3)
Sosializm cəmiyyətin sinfi strukturunda köklü dəyişikliklər yaratdı. İstismarçı siniflər ləğv edildi, Şəhərlə kənd, zehni əməklə fiziki əmək arasındakı əksliklər aradan qaldırıldı, fə
Hlə sinfi və kolxozçu kəndlilər , ziyalılar bir-birinə daha çox yaxınlaşdı. Bu problemə aid çoxlu kitablar yazılmış, məqalələr dərc edilmiş, dissertasiyalar müdafiə olunmuşdur. Azərbaycan filosofları, tarixçiləri, iqtisadçıları, hüquqşünasları da bu problemlə maraqlanmışlar.
Kitabçada sosializm şəraitində sovet cəmiyyətinin ictimai-sinfi strukturunda baş verən dəyişikliklərin mahiyyəti oxuculara çatdırılır. Qeyd olunur ki, ölkənin sosialistcəsinə sənayeləşdirilməsində, kənd təsərrüfatının kooperativləşdirilməsində fəhlə sinfi əsas hərəkətverici qüvvə kimi çıxış etdi. Ölkəmizdə həyata keçirilən mədəni inqilabın ön cərgəsində məhz fəhlə sinfi getmişdir. Fəhlə sinfi cəmiyyətin əsas məhsuldar qüvvəsi olmuş və olaraq da qalır.
Elmi-texniki inqilabı həyata keçirən əsas qüvvə də fəhlə sinfidir. Cəmiyətin qabaqcıl qüvvəsi olan fəhlə sinfi və digər zəhmətkeşlər dövləti idarə etmək işinə də geniş cəlb olunmuşlar. Fəhlə sinfi inkişaf etmiş sosializm şəraitində də başlıca ictimai qüvvə olaraq qalır.
Ölkəmizdə sosialist inqilabının nəticəsində ən mürəkkəb problem olan kəndli probleminin həlli mümkün oldu. Tarixi təcrübə sübut etdi ki, kəndlilər yalnız sosializm şəraitində zülm və əzablardan xilas olaraq firəvan və xoşbəxt həyat qura bilərlər. Yalnız sosializm kəndlilərin mənəvi təreəqqisinə geniş yol aça bilər, maarif və mədəniyyətə qovuşdura bilər.
Sosializm fəhlə sinfinə xas olan xüsusi mülkiyyətçilik psixologiyasını aradan qaldırdı. Müasir kənd üçün səciyyəvi haldır ki, burada yeni-yeni peşələr yaranır, adamların bir neçə peşəyə yiyələnməsi prosesi baş verir. Kolxozlarda traktorçular, kombaynçılar, sürücülərlə yanaşı mexanizatorlar, tornaçılar, çilingərlər, mexaniklər, elektriklər, qaynaqçılar və başqaları da yetişmişlər.
Dövlət kəndli gənclərin savadlanması üçün kəndlərdə gecə və qiyabi orta məktəblər açır, qiyabi ali məktəblər fəaliyyət göstərir. Kəndlilərin şüurluluğunun artması bütün cəmiyyətimiz üçün , sinfi fərqlərin silinməsi, yekcins cəmiyyətin yaranması üçün böyük əhəmiyyətə malikdir.
Sosializm sistemində strukturda baş verən dəyişikliklər ziyalıları da əhatə edir. Hər şeydən əvvəl, ziyalı anlayışının məzmunu, onun elmi tərifi barədə düzgün təsəvvürə malik olmaq lazımdır...
Buraya qədər yazılanlardan belə nəticə çıxarmaq olur ki, Məqsəd müəllimin yaradıcılığı yalnız sosializm sistemində, sosializm quruluşunda müəyyən əhəmiyyət kəsb edə bilər.


Müstəqil Ağayev AMEA Fəlsəfə İnstitutu Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə ü.f.d, dosent,
Qabaqcıl Maarif Xadimi

XƏBƏR LENTİ