“Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası…” – Deputat

698 30-09-2019, 13:52 cemiyyet

“Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası…” – DeputatDaimi fəaliyyət göstərən Dağlıq Qarabağ komitəsi yaradılmalıdır”.

“Report” xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli çıxış edib.

T.Kərimli qeyd edib ki, Azərbaycanın öz torpaqlarını azad etmək hüququ var: “Bizim hər gücdən istifadə etmək səlahiyyətimiz var. Erməni bizi düşmən seçib. Bizə düşmən gözü ilə baxanlarla milli barışıq, “xalq diplomatiyası”nı qəbul etmirəm. ATƏT-in Minsk qrupu buranı rəqs meydançasına çevirib, rəqsə gəlməyi və bizim taleyimizi rəqs diplomatiyasına çevirməsi mənə çox toxunur. Əvvəl şahmat diplomatiyasına oxşadırdılar, indi də rəqs diplomatiyası… Gəlib vals oynayıb gedirlər. Minsk qrupunun yaradılması səhv addım idi”.

XƏBƏR LENTİ