Mədət Quliyev “kəfənli” etirazçıları qəbul etdi-video

10 saat gözlədilər
Mədət Quliyev “kəfənli” etirazçıları qəbul etdi-video
Ötən həftə Baş Prokurorluğun qarşısında "kəfənli" aksiya keçirən narazı vətəndaşlar fevralın 8-də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) qarşısına toplaşıblar.

DTX-nin rəisi Mədət Quliyevlə görüşmək istəyən şikayətçilər bu məqsədlə səhər saat 8-dən gözlədiklərini, nəhayət, axşam saat 18.00 radələrində Mədət Quliyevin onları qəbul etdiyini deyirlər.

Bu barədə AzadlıqRadiosuna görüşdə iştirak edən vətəndaşlar məlumat veriblər.

Təxminən üç saat davam edən görüşdə vətəndaşların hər biri onları narahat edən problemi diqqətə çatdırıblar.
Eyni zamanda, məmur özbaşınalığı, qanunların pozulması ilə bağlı şikayətlərə müvafiq qurumların, vəzifəli şəxslərin laqeyd münasibətindən gileyləniblər.

Mədət Quliyev də öz növbəsində qaldırılan hər bir problemin araşdırılacağını bildirib.

İndiyədək həmin şikayətçilər Baş Prokurorluq, Prezident Administrasiya qarşısında etirazlar keçiriblər. Baş Prokurorluq isə ötən həftə həmin yaydığı açıqlamada həmin işlərin ya məhkəmə icraatında olduğunu, ya da araşdırma aparıldığını bildirirdi. /Azadlıq Radiosu/

Xeberdar.net

Mədət Quliyev “kəfənli” etirazçıları qəbul etdi-video

  • 9-02-2016, 11:11
  • 527


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Korona xəstələrini sağaldan amerikalı həkim HƏR ŞEYİ AÇDI: Ən effektiv dərman budur və yoluxmamaq üçün...
  2. İqbal Ağazadə: "Ərzaq üçün müraciət edən hər bir ailəyə üzvlərinin sayına uyğun qida rasionu müəyyən edilməli, evlərə çatdırılmalıdır"
  3. Gilanın "qanlı bağı"-VİDEO
  4. Türkiyədən koronovirusla bağlı müjdəli xəbər: 6 aprel tarixində....
  5. Bu gündən bu şəxslər xidməti vəsiqə və ya iş yeri barədə arayışla evdən çıxa biləcək - SİYAHI
  6. Salyan Rayonunda koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədi ilə tibbi maskaların tikilməsinə başlanıb
  7. Azaqlıq Aşiqi - Ələkbər Talıbov
  8. Prezident Sumqayıt yolundakı vəziyyətə baxdı FOTO
  9. Rusiyanın ABŞ-a göndərdiyi tibbi ləvazimatlarla bağlı qalmaqal – Sanksiya qoyulan zavodda istehsal olunub
  10. Hadi Rəcəblinin daha 5 şirkəti üzə çıxdı
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MARAQLI