4 BƏNDLİK ABŞ-İRAN SAZİŞİ VƏ GİZLİ TELEFON DANIŞIĞI:Tramp və Ruhani arasında sövdələşmə son anda niyə baş tutmadı?

4 BƏNDLİK ABŞ-İRAN SAZİŞİ VƏ GİZLİ TELEFON DANIŞIĞI:Tramp və Ruhani arasında sövdələşmə son anda niyə baş tutmadı?Rim Mümtaz

“Politico”, 01.10.2019


Fransa rəsmilərinin verdiyi məlumata görə, keçən həftə Nyu-Yorkda Emmanuel Makronun vasitəçiliyi ilə Donald Tramp və Həsən Ruhani arasında görüş və danışıqlara başlamaq üçün əsas olaraq 4 maddədən ibarət bir sənəd üzərində razılaşıblar.

ABŞ və İran sənədlə razılaşsalar da, Ruhani Trampın, ilk növbədə, ABŞ-ın sanksiyaları ləğv edəcəyini bildirməsinə təkid edib və beləliklə, görüş baş tutmayıb.

Makronun görüşə alternativ olaraq iki lider arasında qurmağa çalışdığı telefon danışığı da Ruhaninin imtinasına görə reallaşmayıb.

Sənəd Makronun BMT Baş Assambleyasının iclasında Tehran və Vaşinqton arasındakı gərginliyin qarşısını almaq diplomatiyasının nəticəsi idi. Tehran “İranın heç vaxt nüvə silahı əldə etməyəcəyinə” razı olacaq, “nüvə öhdəliklərinə tam əməl edəcək və nüvə fəaliyyəti üçün uzunmüddətli çərçivədə danışıqları qəbul edəcək”di. Bununla yanaşı, “hər hansı bir təcavüzdən çəkinin və danışıqlar yolu ilə bölgədə həqiqi sülh və hörmət axtaracaqsınız” – Trampın keçən həftə Baş Assambleyadan əvvəl söylədiklərini əks etdirən şərt vardı.

Mətnə görə, planın bir hissəsi olaraq, ABŞ “2017-ci ildən tətbiq olunan bütün sanksiyaları ləğv etmək” və “İran öz neftini ixrac etmək və əldə etdiyi gəlirlərdən sərbəst istifadə etmək üçün tam imkanlara sahib olacaq”dı.

İranın ballistik raket proqramı mətndə konkret olaraq qeyd olunmasa da, Tehranın regional rolu haqqında ifadə proqramın danışıqların bir hissəsi olacağı demək idi. “Regional məsələlər üzrə danışıqlara ballistik proqramın da daxil olacağı mütləq şəkildə hamıya aydın idi”.

Son diplomatik səylərin bəzi elementləri haqqında son günlərdə “New Yorker” və “New York Times” qəzetləri məlumat veriblər, lakin Makron tərəfindən irəli sürülən sənədin mətni barədə məlumat verilməyib.

Sənəd bütün tərəflərin qələbə iddiasını təmin etməsi üçün hazırlanıbmış. Tramp Tehranın regional və ballistik fəaliyyətlərini əhatə edərək İranla nüvə sazişini genişləndirmək üçün çoxdankı hədəfinə çatdığını söyləyə bilərdi. İran liderləri də ABŞ-ın maksimum təzyiq siyasətinə qarşı və sanksiyaların tam yüngülləşdirilməsinə nail olduqlarını. Makron isə özünü Yaxın Şərqdə yeni bir müharibənin qarşısını almış və Fransanı vacib qlobal güc statusunu bərpa etmiş sülhməramlı şəxs kimi göstərəcəkdi.

Ruhaninin ABŞ-dan sanksiyaların ləğv edəcəyinə dair açıqlamasını tələb etməsindən sonra irəliləyişin qarşısı alınıb. Bu mövqe İran rejiminin bəzi elementlərinin ABŞ-la istənilən razılaşmaya qəti şəkildə qarşı çıxdığı üçün Ruhaninin evdəki çətinliklərini və nüvə sazişindən çıxdıqdan sonra Trampa etibarı əks etdirib.

İranın Ali Rəhbəri Əli Xamnəi BMT-dəki toplantıdan əvvəl bəyan edib ki, rəsmi Tehran Vaşinqtonla Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) kimi tanınan nüvə sazişinə qayıtmasından sonra danışsın.

Fransa rəsmilərinin sözlərinə görə, Tramp “Lotte New York Palace” otelində Makronla görüşdə sənədi qəbul edib. Makron daha sonra “Millennium Hilton New York One UN Plaza” otelində sənədi Ruhaniyə çatdırıb.

“O, sənədin prinsipləri ilə razılaşdı və prezidentə təşəkkür etdi, çünki sanksiyaların ləğvi məsələsinin açıq şəkildə qeyd olunduğunu söylədi, amma görüşdən əvvəl Trampın sanksiyaları ləğv edəcəyini söyləməsini də istədi”.

Makron və qrupu axşam saat 9-da Trampla telefon danışığı təklif edib. Fransız rəsmisinin sözlərinə görə, iranlılar texniki işçilərə belə bir zəng üçün tələb olunan avadanlıqların quraşdırılmasına razılıq verib, lakin özləri zəng etməkdən boyun qaçırıblar.

Makron gecəyarısına yaxın Ruhaninin otağına yenidən gəlib, ancaq İran prezidenti telefon danışıqlarda iştirak etmək istəməyib.

Fransa prezidenti daha sonra “Trampa baş verənləri danışdı. Səmimiliyinə və danışıqlar aparmaq istəyinə görə ona təşəkkür etdi və iranlıların daha çox zamana ehtiyac duyduğunu söylədi”.

ABŞ rəsmiləri bu məsələni şərh etmək istəməyib. İran rəsmilərindən şərh almaq niyyəti də baş tutmayıb.

İranın ABŞ-ın ilk addım atması təkidi, – hər iki tərəfin eyni vaxtda addım atması əvəzinə, – danışıqların yenidən başlaması üçün əngəl olub.

Baş Assambleyyaya gedərkən, Makron jurnalistlərə demişdi: “Prezident Tramp hər şeyi dəyişdirə bilər. Əgər özünə əmindirsə, administrasiya olmadan məsələni çox tez və təkbaşına həll edər. Prezident Ruhani isə danışıqlar başlamazdan əvvəl bütöv bir sistem qurmalıdır”.

Sonda bir telefon danışığına və ya Nyu Yorkdakı görüşə vasitəçilik edə bilməsə də, Fransa rəsmiləri diplomatik səyləri davam edəcəklərini söyləyiblər: “Bunun alternativi Körfəzdə böyük qarşıdurmadır”.

Tərcümə: Strateq.az

4 BƏNDLİK ABŞ-İRAN SAZİŞİ VƏ GİZLİ TELEFON DANIŞIĞI:Tramp və Ruhani arasında sövdələşmə son anda niyə baş tutmadı?

  • 2-10-2019, 11:34
  • 134


Oxşar mövzular
ƏN ÇOX OXUNANLAR
Həftə üzrə / Ay üzrə
  1. Xaçmaz bazarında baş verənlər - xüsusi reportaj+VİDEO
  2. Председатель “Конгресса Азербайджанцев" Муртазе Гюлмамедов встретиться с Министром национальной политики РСО-Алания с Цуциевым Аслан Аркадьевичом
  3. Rüşvətxorlu ittihamı ilə qovulan general yenidən vəzifə ümidində... - ŞOK İDDİA
  4. Lənkəran şefi biznesə girişib... - İDDİA
  5. “ZARAFATCIL OĞLANLAR”IN ZƏNGİ:senatoru dolayan ruslar ABŞ-Türkiyə əlaqələrinə dair sirləri faş edib
  6. Gürcüstanda yaşayan azərbaycanlılar Tbilisidə etiraz aksiyası keçiriblər –FOTO
  7. Yatmış vəziyyətdə olan arvadının başına qantellə vurub öldürən şəxs həbs edilib
  8. Beyləqanda ər arvadını boşandığı üçün öldürüb
  9. DTX-dən müdhiş əməliyyat: xaricdə təlim keçən terrorçu dəstə belə yaxalandı - VİDEO
  10. “Barış Pınarı” əməliyyatı:Türkiyə ordusu 13 kəndi PYD/YPG-dən azad etdi
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MARAQLI