Düşmən Qarabağdakı raket sistemlərini nümayiş etdirdi: “Savaş Tanrısı iş başında”

705 2-10-2019, 12:22 cemiyyet

Düşmən Qarabağdakı raket sistemlərini nümayiş etdirdi: “Savaş Tanrısı iş başında”Ermənistanda 24 sentyabr tarixindən başlayan hərbi təlimlər fonunda separatçı rejim Qarabağda yerləşdirdiyi raket sistemlərinin bəzisini hərəkətə gətirib.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, əsasən hava hücumundan müdafiə sisteminə aid olan bu raketlər Ermənistan Müdafiə Nazirliyinin rəsmisi tərəfindən sosial şəbəkədə “Savaş Tanrısı iş başında” cümləsi ilə paylaşılıb.

Raketlərin adı və texniki göstəriciləri ilə bağlı heç bir məlumat verilməsə də, bu raketlərin Qarabağın hava sərhədlərinin “müdafiəsi üçün” bölgədə yerləşdirildiyi vurğulanıb.

Məlumat üçün qeyd edək ki, işğaldakı torpaqları azad etməkdən imtina edən, əksinə, Qarabağın ermənilərə məxsusluğu ilə bağlı həyasız bəyanatlar səsləndirən rəsmi İrəvan işğaldakı torpaqlarda davamlı şəkildə hərbi texnika və canlı qüvvələr yerləşdirməkdədir. Bu isə düşmənin Qarabağ problemini diplomatik yolla həll etmək niyyətindən uzaq olduğunu göstərir.

Seymur ƏLİYEV

XƏBƏR LENTİ