AZƏRBAYCANDA BAŞ NAZİR İSTEFA VERDİ –Novruz Məmmədovun yerinə Əli Əsədov gətirilir

643 8-10-2019, 10:18 cemiyyet

AZƏRBAYCANDA BAŞ NAZİR İSTEFA VERDİ –Novruz Məmmədovun yerinə Əli Əsədov gətirilirAzərbaycanın yeni Baş Naziri Novruz Məmmədov postunadan istefa verib.

Strateq.az xəbər verir ki, bu gün Milli Məclsin plenar iclasının gündəliyinə yeni Baş nazirin təyin edilməsi də daxil olunub.

Belə ki, iclasda “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək.

Qeyd edək ki, Konstitusiyanın 109-cu (Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri) maddəsinə əsasən, Prezident Milli Məclisin razılığı ilə Azərbaycan Respublikasının Baş nazirini vəzifəyə təyin edir.

Xatırladaq ki, Novruz Məmmədov 21 aprel 2018-ci ildə Baş nazir təyin olunmuşdu.

WhatsAppFacebookFacebook MessengerTwitterРесурс

XƏBƏR LENTİ